Keçən il Texasda fəaliyyət göstərən məşhur tüner və hiperkarların istehsalına yenicə başlayan Hennessey Performance şirkəti altı təkəri və altı mühərriki olan elektromobili buraxacağını bəyan etmişdi. Atlı metrlik uzunluğu olan qran turizmo avtomobili 1+2+1 oturma düsturuna malik olacaq və Project Deep Space adlanacaqdır. İndi isə, şirkətin yaradıcısı və rəhbəri Con Hennessi Britaniyanın “Autocar” nəşrinə layihə barədə təfərrüatları açıqlayıb.

Onun sözlərinə görə, ümumi istifadə yollarına çıxışı olacaq bu əntərin hədəflərindən biri 200 mil/saata (322 km/saat) sürətlənmək üzrə rekorda imza atmaqdır. Bundan başqa, yeni elektrokarın dolu batareya ilə 1000 kilometr qət edəcəyi gözlənilir.

Avtomobilin təchiz ediləcəyi batareyanın tutumu açıqlanmır, ancaq iri təkər bazası kifayət qədər iri akkumulyator blokunu quraşdırmağa imkan verməlidir. Konstruksiyanın çəkisini azltmaq üçün, Hennessi karbon lifindən aktiv şəkildə istifadə etmək niyyətindədir. Hennessey Project Deep Space modelini “Bugatti Royale modelinin müasir ekvivalenti” kimi mövqeləndirəcəklər.

Batareyalı hiper qrand turerə artıq ilk müştəri də tapılıb: bu, Mojave Gold rəngində olan Hünnüssey Venom F5 sahibi olan milyonçudur. Hiperkarın Texas ştatının Sili şəhərindəki istehsalına 2026-cı ildə başlanacaqdır. 2024-cü ildə isə, 95% seriya modelinə yaxın olan prototipi göstərəcəklər.

Image alt Image alt Image alt Image alt Image alt

Project Deep Space modeli Pennzoil və Delta şirkətləri tərəfindən hazırlanmış ümumi hasilatı 2400 at qüvvəsi olan elektrik güc qurğusu ilə hərəkətə gələcəkdir. Yeri gəlmişkən, hiperkarın oturacaqlarının arasında VVIP (Very Very Important Person) sinifli iki oturacaq olacaqdır.

Bu oturacaqlar (onlardan biri üfüqi şəkildə qatlanacaqdır) biznes jetin salonunda olduğu kimi, ayaqları uzadaraq oturmağa imkan verəcəkdir. Hiperkar 105 nüsxəlik tirajla buraxılacaq və onların hər birinin qiyməti üç milyon dollar olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.