Amerika Birləşmiş Ştatlarından olan məşhur Hennessey Performance şirkəti 25 illik yubileyini qeyd etməyə hazırlaşır. Əlamətdar yubileyi qeyd etmək üçün, amerikallar maksimal sürət üzrə dünya rekordunu yeniləmək fikrinə düşmüşdürlər. Bu məqsədlə onlar Hennessey Venom GT Spyder modelinin aerodromun uçuş zolağında sprintini təkil etmişdirlər.

Dünən amerikan şirkəti Venom GT Spyder modelinin maksimal sürət həddi üzrə dünya rekordunu yenilədiyini sübut edən videoçarxı yaymışdırlar. Xatırladaq ki, əvvəlki 254,04 mil/saat (408,8 km/saat) olan dünya rekordu Bugatti Veyron Super Sport Vitesse hiperkarına məxsus idi.

Beləliklə, Ford Performance bölümünün yarış məktəbinin direktoru Brayan Smitin idarə etdiyi Venom GT Spyder modeli 265,6 mil/saat (427,4 km/saat) həddinə kimi sürətlənmişdir. Bu göstərici, kupe kuzovlu Venom GT modelinin 2014-cü ilin fevral ayında Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik mərkəzin uçuş zolağında göstərilmiş 435,5 km/saat həddindən az olsa da «spyder»  kuzovlu avtomobillər üçün yeni rekorddur.

Hennessey Venom GT Spyder superkarı 7,0-litrlik iki turboüfürməli V8 mühərriki ilə hərəkətə gəlir. Avtomobilin mühərrikinin gücü 1451 at qüvvəsi, fırlanma anı isə 1745 Nm təşkil edir. Superkar 60 mil/saat (96 km/saat) həddini 2,4 saniyəyə toplayır. Yeni rekordun qeydə alınması şərəfinə Hennessey şirkəti üç ədəd xüsusi Venom GT Spyder World Record Edition modelini buraxmaq niyyətində olduğunu bildirmişdir. Hər bir avtomobi 1,3 milyon dollara satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt