Amerikan Hennessey Performance tüninq atelyesi altı təkərli VelociRaptor 6x6 modelinin hazırlanması haqqında məlumat yaymışdır. Bu ofroder yeni nəsil Ford F-150 Raptor SuperCrew modelinin bazasında yaradılacaqdır.

VelociRaptor 6x6 ofroderi üçüncü körpünü, Fox şirkəti tərəfindən təkmilləşdirilmiş yarış asqısını, yolsuzluq üçün nəzərdə tutulmuş təkərlərlə təchiz edilmiş 20-düymlük təkər disklərini, Brembo əyləc mexanizmlərini, başqa müdaviə qövsünü, gücləndirilmiş bamperləri və işıqdiodlarından hazırlanmış işıq texnikasını əldə edəcəkdir. Pikap EcoBoost ailəsindən olan 3,5-litrlik iki turbokompressorlu altı silindirli mühərriklə hərəkətə gələcəkdir. 450 at qüvvəsinə malik olan mühərrikin gücü 600 at qüvvəsinə qədər artırılacaqdır. Tünerlər mühərrikin idarəeolunmasına cavabdeh olan elekton bloku yenidən proqramlaşdırmaq, yeni buraxılış sistemini və təkmilləşdirilmiş interkuler quraşdırmaq niyyətindədirlər. Hennessey VelociRaptor 6x6 pikapının minimum qiyməti 295 min dollar təşkil edəcəkdir. Buraya «donor» pikapın da qiyməti daxil edilmişdir. Avtomobilin nə zaman hazır olacağı məlum deyildir.

Image alt Image alt Image alt Image alt