Amerikan Hennessey şirkəti Las-Veqasda keçirilən SEMA tüninq sərgisində 1600 at qüvvəli Venom F5 hiperkarını nümayiş etdirib. İstehsalçı bu avtomobilin 300 mil/saat (482 km/saat) həddinə qədər sürətlənəcəyini iddia edir.
Yeni Venom F5 modeli sələfindən fərqli olaraq sıfırdan inşa edilib. Amerikan istehsalçısı Lotus şassisindən karbondan hazırlanmış karkasın və karbonplastik kuzov panellərinin xeyrinə imtina edib. Hiperkarın aerodinamik müqavimət əmsalı 0,33-ə bərabərdir. Müqayisə üçün, əvvəlki Venom modelində bu göstərici 0,44 təşkil edirdi. Bugatti Chiron modelində isə, bu əmsal 0,38-ə bərabərdir.
Arxadançəkişli hiperkar, xüsusi olaraq bu model üçün hazırlanmış 7,4-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Mühərrik 1600 at qüvvəsi və 1762 Nm fırlanma anı hasil edir. Güc aqreqatı yeddi pilləli bir muftalı robotlaşdırılmış ötürmə qutusu ilə tandemdə çalışır. Avtomobili mexaniki ötürmələr qutusu ilə də sifariş etmək mümkündür. Bu halda, istehsalçı sürücünün təkərin yerində fırlanması və GPS məlumatlarının əsasında 225 km/saat həddinə kimi işləyən xüsusi trekşn-kontrolla mübarizə aparmalı olacağını da bilidirib.
Ehtimllara görə, Hennessey Venom F5 hiperkarı 300 km/saat həddinə 10 saniyəyə, 400 km/saat həddinə isə, 20 saniyəyə sürətlənəcəkdir. Cəmi 24 ədəd hiperkar buraxılacaqdır. Onların hər birinin qiyməti 1,6 milyon dollardan başlayacaqdır. Model üçün 600 min dollarlıq əlavə avadanlıq siyahısı nəzərdə tutulub. Avtomobillər istehsalçının Texasdakı zavodunda istehsal ediləcəkdir. İlk avtomobillər sifarişçilərə 2019-cu ildə çatdırılacaqdırlar.