Fisker şirkətinin rəhbəri Henrik Fisker Twitter sosial şəbəkəsindəki hesabında qısa müddətdə yeni modelin tizeri peyda olub. Şəkildə ABŞ-ın Alyaska ştatının şərəfinə adlandırılmış elektrik pikapı təsvir olunub. Tvitin dərhal silinməsinə baxmayaraq, Fiskerin izləyiciləri bir neçə skrinşot etməyə müvəffəq olublar.
Şəkildə pikapın qeyri-adi formalı işıqları, loqotipi və “Alaska” yazısı olan arxa hissəsi göstərilir. Motor1 nəşrinə müsahibə verən şirkət nümayəndəsi tvitin "təsadüfən" dərc edildiyini və şirkətin "belə bir modelin peyda olacağı və adı haqqında məlumatı təsdiq edə bilməyəcəyini" söyləyib. Eyni zamanda, Fikser şirkətinin elektromobillər üçün nəzərdə tutulmuş modul platforması üzərində işlədiyi də məlumdur.