Aston Martin şirkətinin keçmiş dizayneri və Fisker Automotive şirkətinin yaradıcısı olan Henrik Fisker özünün Twitter sosial şəbəkəsindəki səhifəsində yeni elektromobilin şəklini dərc etmişdir. Yeni sportkar Emotion adını daşıyır və gələn ilin sonlarında satışa çıxmalıdır.
Avtomobilin konstruksiyasında alüminium və karbondan geniş istifadə ediləcəkdir. Elektromobilin batareyaları onun döşəməsində yerləşdiriləcəkdir. Yeni elektrokar aqressiv aerodinamik kuzov dəstinə və işıqdiodlarından hazırlanmış işıq texnikasına malik olacaqdır. Bununla belə, elektromobilin texniki xüsusiyyətləri barədə heç bir məlumat verilməmişdir. Qeyri-rəsmi məlumatlara görə, elektromobilin maksimal sürəti 260 km/saat olacaqdır.
Eyni zamanda, onun yürüş məsafəsinin 600 kilometrin üzərində olacağı da söylənilir.
Bundan əvvəl, elektromobilin öndə radar və kameralarla təchiz ediləcəyi bildirilmişdir ki, bu da avtonom idarəetm sisteminin mövcudluğundan xəbər verir. Henrik Fisker elektrokarın “kəpənək qanadları” tipli qapılarla da təchiz ediləcəyini bildirmişdir.