Satılan hər elektrik ID. hetçbeki Volkswagen konserninə üç min avro məbləğində zərər gətirəcəkdir. MEB platformasında inşa edilmiş avtomobillərin istehsalı yalnız 202-5ci ildə gəlirli olacaqdır.
“Auto Motor und Sport” dərgisinin bildirdiyinə görə, birinci mərhələdə elektrokarların buraxılığı zərərlə başa gələcəkdir. Hər bit avtomobildə alman istehsalçısı üç min avro zərər edəcəkdir. Dövlət subsidiyaları nəzərə alınmadan elektrokarın qiyməti 29990 avro təşkil edəcəkdir. Bu elektromobillərin yaradılmasına sərmayə qoymaq məcburiyyətində olan istehsalçılar üçün adi vəziyyətdir. Məsələn, Fiat şirkəti 500e modelində 20 min dollar zərər edir, Chevrolet isə hər satılan Bolt avtomobilindən doqquz min dollar ziyan edir.
Volkswagen şirkəti gələn aydan başlayaraq ID. hetçbekinə sifarişləri qəbul etməyə başlayacaqdır. İlkin olaraq elektrokar 62 kilovat-saatlıq batareyası olan Launch Edition modifikasiyasında buraxılacaqdır. Sonradan bazara başlanğıc (48 kVt/saat) və top variantlar (82 kvt/saat) çıxarılacaqdır. Arxa oxda yerləşən elektromotor modfikasiyadan asılı olaraq 170 və 201 at qüvvəsi hasil edəcəkdir.