Hollandiyada fəaliyyət göstərən Heritage Customs atelyesi yeni layihəsini - açıq kuzovlu Land Rover Defender modelini təqdim edib. Valiance Convertible layihəsi üzərindəki işlərə 2021-ci ildə başlnılıb, lakin ofrouderin ilk müştəri nüsxəsi bir neçə gün əvvəl nümayiş olunub.
Müəlliflər Solihull Sand vintaj mövzusundan istifadə ediblər. Başqa sözlə desək, avtomobil 40-cı illərin sonlarında İngiltərənin Solihall şəhərində istehsal edilmiş ilk Land Rover modelinə bənzədilib. Belə bir dəyişikliyin qiyməti 82.500 avrodan başlayır.
2021-ci ildə Hollandiyadan Heritage Customs kuzov atelyesi “ikinci” Land Rover Defender 90 modelinə əsaslanan Valiance Convertible layihəsini başlatdığını elan edib. İdeya sadə idi: beş qısa bazalı ofrouderi kabrioletə çevirmək.
Onların parlaq görünüşünün arxasında Fransız Rivyerasına, həmçinin Land Rover avtomobillərinin vətəni, İngiltərənin Solihall şəhərinə və Yunanıstanın Santorini adasındakı vulkanik qırmızı çimərliyə istinadlar görünməli idi.
Heritage Customs atelyesinin bir neçə gün əvvəl şəkillərini yerləşdirdiyi ilk müştəri kabrioleti retro üslubdadır. Mövzu Solihull Sand adlanır. O, 1948-ci ildə Solihalldakı zavodun konveyer xəttindən çıxan HUE I66 nömrəli, seriyaöncəsi Land Rover ofrouderinə hörmət əlamətidir.
Ofrouder yaşıl rəngə boyanıb. Onun interyeri Spinneybeck dərisi ilə üzlənmiş və “patinləşdirilmiş misdən” Magic Metal örtükləri ilə bəzədilmişdir. Qum çaalarında yumşaq dam elektrik ötürməsinə malikdir.
Kuzov atelyesindən bildirildiyinə görə, belə bir kabrioletin inşasına ən azı üç ay vaxt gərəkdir. Bununla belə, ilk nüsxənin hazırlanmasına bir ildən çox vaxt sərf edilib. Görülən işlərin dəyəri 82.500 avrodan başlayır. 2022-ci ildə tam qiymət də açıqlanıb - 138 500 avro.
Heritage Customs işlədiyi dəqiqliyi nəzərə alsaq bu o qədər də çox deyil. Onların işlərinə misal olaraq tutqun Moon Dust metal rənginə boyanmış və “qarsalanmış” iri palıd ağacı ilə işlənmiş 1985-ci il Land Rover 90 V8 ofrouderidir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.