RM Sotheby’s hərrac evi satışlara Arrow Blue rəngli kuzova malik olan işlənmiş Porsche 918 Spyder superhibridini çıxarmışdır. Lotun təsvirində bu superkarın, buraxılan bütün 918 Spyder modelləri arasında yeganə mavi rəngə boyanmiş yeganə avtomobil olduğu bildirilir.
Avtomobilin ilk sahibi onu Weissach Package dəsti ilə sifariş etmişdir ki, bu dəst də avtomobilin çəkisini 41 kiloqram azaltmaöa imkan verir. Bu opsiya karbondan hazırlanmış damın, güzgü gövdələrinin, alın çüçəsinin çərçivəsinin və antiqanadın quraşdırılmasını nəzərdə tutur.
Bundan başqa, belə 918 Spyder superkarı daha az səs izolyasiyasına, maqneziumdan hazırlanmış təkər diklərinə, titn boltlara və daha yüngül əyləc mexanizmlərinə sahibdir. Superkar həmçinin maneələri adlamaq üçün kuzovun öndə klirensini artırılması sisteminə və kuzov rənginə boyanmış açara malikdir.
Avtomobilin odometrində 11 min kilometr yürüş məsafəsi vardır. Porsche 918 Spyder superkarı 4,6-litrlik səkkiz silindirli mühərrik və iki elektromotorla hərəkətə gəlir.Hibrid güc qurğusu 887 at qüvvəsinə və 1280 Nm fırlanma anına malikdir. Weissach dəsti ilə təchiz edilmiş Porsche 918 Spyder modeli 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir. Yerindən 300 km/saat sürətinə çatmaq üçün rodsterə 19,9 saniyə tələb olunur.
Avtomobilin maksimal sürəti 350 km/saat həddində məhdudlaşdırılmışdır.