Shelby American atelyesi və avtomobillərin icarəyə verilməsi üzrə ixtisaslaşmış Hertz şirkəti qeyri-adi marketinq kampaniyasını hazırlayıblar. İyun ayından etibarən, ABŞ-ın 11 şəhərində 912 at qüvvəli unikal Mustang GT500-H modelini icarəyə götürmək mümkün olacaqdır. Günlük kirayə haqqı 399 dollardır. Eyni zamanda, Hertz şirkəti V8 Coyote mühərrikli daha əlçatan Mustang GT-H modelini də günü 99 dollara icarəyə verəcəkldir.
İcarəyə verilən Ford Mustang GT500-H modelləri əsl eksklüzivdir. Döymə təkər diskləri, xüsusi şinləri, tünd şüşələri, xüsusi Shelby American dekoru və karbondan kapota sahib olan 25 fastbək hazırlanıb. Əsas təkmilləşdirmə - gücü 770-dən 912 at qüvvəsinə qədər artırılmış 5,2-litrlik V8 Predator turbomühərrikdir.
Shelby superkarlarının Mayami, Orlando, Fort Mayers və Tampa Bey (hamısı - Florida ştatı), Las-Veqas (Nevada) və Feniks (Arizona) şəhərlərində əlçatan olacaqları məlumdur. İcarəyə verilən 25 avtomobildən 19 ədədi qara-qızılı, qalan altı ədədi isə, Shelby American şirkətinin 60 illik yubileyinin şərəfinə ağ və qızılı rəngdə livreyaya sahib olacaqlar.
Mustang GT-H modeli də xüsusi livreyanı əldə edəcək, onun rəng palitrası isə daha geniş olacaqdır - ağ və qara rənglərdən əlavə, qırmızı və boz rənglər də təklif ediləcəkdir.
İcarəyə verilən fastbək və kabrioletlər, Coyote mühərrikli adi Mustang modellərindən 20-düymlük qara rəngli təkər diskləri, orijinal kapotu, arxa işıq paneli və xüsusi Borla buraxılış sistemi ilə fərqlənəcəklər. Coyote mühərriki 456 at qüvvəsi hasil edəcəkdir.
Hertz şirkətinin 912 at qüvvəli Mustang modellərini üç il ərzində icarəyə verəcəyi ehtimal olunur. Şirkətin unikal avtomobillərin icarəsi sahəsində kifayət qədər təcrübəsi var - məsələn, 2019-cu ildə Hendrick Motorsport tərəfindən təkmilləşdirilmiş 760 at qüvvəli Chevrolet Camaro ZL1 modelini icarəyə götürmək olardı.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.