Xorvatiya Respublikasının Azərbaycandakı səfirliyi və Xorvatiyanın Milli Turizm Şurası tərəfindən birgə təşkil edilən “Həyat dolu Xorvatiya” adlı təqdimata yerli media nümayəndələri, səyahət bloqçuları dəvət almışdılar. Xorvatiyanın turizm imkanlarının təbliği yönündə təşkil olunmuş bu tədbir Azeri Observer və The M.O.S.T. jurnallarının dəstəyi ilə keçirildi.

Tədbir Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin nitqi ilə başladı, daha sonra Azeri Observer və The M.O.S.T. jurnallarının təsisçisi və baş redaktoru Arslan Abbasovun çıxışı ilə davam etdi.

Image alt Image alt Image alt Image alt

Sonra Xorvatiyanın Milli Turizm Şurasının direktoru Rajko Ruzicka geniş təqdimat keçirdi və Xorvatiyadakı turizmin müxtəlifliyi haqqında danışdı. Xorvatiya turistlərə müxtəlif turizm növlərini təklif edir. Belə ki, Xorvatiya Respublikası Adriatik sahillərində gözoxşayan çimərliklərdə istirahət, Xorvatiyaya xas milli tərəvəzlərin, içkilərin və məşhur pendir növlərinin dadına baxmaq üçün qastronomik səyahətlər, velosiped turları, təbiət gəzintiləri, haykinq və raftinq kimi aktiv istirahət növlərini özündə birləşdirən ölkədir.

Xorvatiya həm də tarixi yerlərlə zəngindir və onların əksəriyyəti YUNESKO-nun mədəni irs siyahısında yer alır. Bura Splitdəki Diokletian sarayı, Puladakı Roma Amfiteatrı və Zadardakı Roma Forumu daxildir.

Xorvatiya həmçinin müxtəlif bölgələrdə keçirilən beynəlxalq mədəniyyət və musiqi festivallarına ev sahibliyi edərək hər il yüz minlərlə ziyarətçini cəlb edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rajko Ruzicka qeyd etdi ki, ötən il Azərbaycandan 3 min turist Xorvatiyaya səfər edib və gələn il bu rəqəmlərin artacağına ümid edir. Hazırda iki ölkə arasında birbaşa çarter reyslərinin açılması müzakirə edilir və birbaşa reyslər turistlərə yeni imkanlar açacaq. Hələlik isə turistlər İstanbul, Roma və ya Budapeşt üzərindən təyyarə transferləri ilə Xorvatiyaya asanlıqla səyahət edə bilərlər.

2023-cü il yanvarın 1-dən Xorvatiya Şengen zonası ölkələri siyahısına daxil olub. Bu amil Azərbaycandakı şengen vizası sahibləri üçün də ölkəyə səfər etməyi asanlaşdırır. Vizası olmayan turistlər isə Bakıdakı Xorvatiya səfirliyinə və ya viza mərkəzinə müraciət edə bilərlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ölkənin turizm imkanları haqqında ətraflı məlumatı Xorvatiyanın Milli Turizm Şurasının www.croatia.hr  rəsmi saytından və sosial media səhifələrindən əldə etmək olar:

Instagram: @croatiafulloflife
TikTok: @croatiafulloflife
Facebook: fb.com/croatia

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.