Hindistan höküməti tamamilə daxili yanacaq mühərriklərindən imtina edib elektrokarlara keçməyə qərar verib. Kömür sənayesi naziri Piyuş Qoyal 2030-cu ildə ölkədə bir ədəd belə olsun benzin və ya dizel mühərriki ilə təchiz edilmiş avtomobilin satılmayacağını bildirib. Bu barədə xəbəri Independent yaymışdır.
Nazir belə bəyanatla hind sənayesi konfederasiyasının illik sessiyasında çıxış etmişdir. Onun sözlərinə görə, avtomobil bazarının tam elektrokarlara keçməsinin əsasə səbəbi dövlət subsidiyaları deyil, daha istehlak tələbatıdır. “Biz böyük sayda elektrokarları bazara çıxarmağa hazırlaşırıq. Biz elektrokarları daha əlçatan etmək niyyətindəyik. İdeya ondadır ki, 2030-cu ilə ölkədə nə dizel, nə də ki benzin mühərriki ilə təchiz edilmiş bir avtomobil belə satılmayacaqdır”, – Qoyal bildirmişdir.
O, həmçinin, elektromobil sənayesinin dəstəkləmək üçün iki-üç ilin kifayət edəcəyini söyləmişdir. Nazirin fikrincə, bundan sonra elektromobil bazarı sürətlə artacaqdır. “Elektrokarların dəyəri daha tez özünü ödəyəcəkdir. Biz elektrokar sənayesinin sərbəst inkişaf etməsini istəyirik”, - Qoyal əlavə etmişdir. Hindistan hakimiyyətinin bu qərarı əsasən havanın çirklənməsinin qarşısını almaq məqsədini daşıyır. Qrinpisin məlumatına görə, havada olan zərərli tullantıların yüksək səviyyəsi ucbatından hər il ölkədə 2,3 milyon insane vəfat edir.
Keçən il Almaniyanın da 2030-cu ilə qədər daxili yanacaq mühərriklərindən tamamilə imtina edəcəyi bildirilmişdir. 2030-cu ilə ölkədə olan bütün avtomobillər elektriklə hərəkətə gələcəkdirlər.