Orijinal Hispano-Suiza markasının əsasını qoymuş Damian Mateunun ailəsinə məxsus olan Hispano Suiza Fabrica de Automoviles şirkəti Cenevrə avtosalonunda debütü gözlənilən Carmen elektrokarının xarakteristikalarını açıqlayıb. “Qrand turer” retro üslubunda dizayna və 19 nüsxəlik tiraja malik olacaqdır.
Avtomobilin əsası karbondan hazırlanmış yüksəksərtlikli şassi təşkil edəcəkdir. Carmen GT ikili köndələn qollara asqıya və AP Racing Radi-CAL firmasının altıporşenli supportları olan karbon-saxsı əyləc mexanizmlərinə malik olacaqdır. Qrand turerin çəkisi 1690 kiloqram təşkil edəcəkdir.
Hispano Suiza Carmen GT modelinin güc qurğusu arxa oxda yerləşdirilmiş iki 375 kilovatlıq elektromotordan və 80 kilovat-saatlıq batareyadan ibarətdir. Güc qurğusunun ümumi hasilatı 750 kilovat və ya 1019 at qüvvəsi təşkil edir. Yerindən 100 km/saat həddinə sürətlənməyə Carmen modelinə üç saniyədən az vaxt gərəkdir. Onun maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb.
Batareyaları 22 kilovatlıq yükləmə qurğusundan doldurmaq üçün 12 saat gərəkdir. 50 kilovatlıq stansiyadan istifadə etdikdə batareyanın 80 faizinin doldurulmasına 30 dəqiqə sərf edilir.
2019-cu ilin sonundan 2021-ci ilə qədər 19 ədəd Carmen GT modeli istehsal ediləcəkdir. Avtomobilin buraxılmasını ispan QEV Technologies şirkətinə həvalə ediblər. Sonuncu elektrokarların injiniriqində, daxili yanacaq mühərrikləri olan avtomobillərin elektrokara çevrmək üçün dəstlərin hazırlanmasında və Formula E çempionatının komandalarına texniki dəstəkdə ixtisaslaşıb.
Avtomobilin ümumi yollardakı sınaqlarına yay aylarında start veriləcəkdir. Hispano-Suiza Carmen modelinin qiyməti 1,5 milyon avro təyin edilib.