Alman Hofele şirkəti müxtəlif avtomobilləri eksklyuziv modifikasiyalarını hazırlamaq üzrə ixtisaslaşıb. Bu dəfə alman tüner dəbdəbəli Hofele Ultimate HGLS krossoverini təqdim edib.
Əslində, Hofele Ultimate HGLS modeli, adından da göründüyü kimi, Mercedes-Benz GLS krossoverinin dəbdəbəli versiyasıdır. Doğrudur, GLS modelini sadə adlandırmaq olmaz - ələlxüsus da onun top versiyalarını. Lakin, Hofele hesab edir ki, avtomobili daha cəlbedici etmək mümükündür.
Hofele Ultimate HGLS modeli Mercedes-Maybach modelləri kimi, kuzovun ikirəngli boyanma sxeminə malikdir. Bundan başqa, Hofele krossoveri 22-düymlük təkər diskləri ilə təchiz edib. Salon tərtibatına yükəsk keyfiyyətli Nappa dərisindən və alkantaradan istifadə edilib. Salonun döşəməsi yundan olan kilimlərlə örtülüb. Ağ rəngli tərtibat sxemi salonu daha dəbdəbəli göstərir.
Hofele sirkətindən adi Mercedes-Benz GLS 350d modelindən başlamış bərkgedən Mercedes-AMG GLS 63 krossoverinə kimi istənilən GLS modelini Ultimate HGLS modelinə çevriməyə hazır olduqlarını bildiriblər.