BMW komandasının pilotu Timo Qlok bazar günü keçirilən ikinci sıralama turlarında poul pozişnə sahib olmuşdur. Təsnifat mərhələsi yağışlı şəraitdə başlasa da, sonradan asfalt qurumağa başlamışdır.
Beləliklə, pilotlar daimə öz nəticələrini yaxşılaşdırmış və liderlik tez-tez əl dəyişdirmişdir. Sıralama turlarının bitməsinə yeddi dəqiqə qalmış pilotlar sliklərə keçməyə başladırlar. Bu şəraitdə ən uöurlu pilot keçmiş Formula 1 pilotu Timo Qlok oldu. Timo dövrəni 1.31.406 zamanla başa vurdu və heç bir pilot onu keçməyə bacarmadı.
Digər BMW pilotu Auqusto Farfus ikinci yaxşı zamana imza atsa da, onun nəticəsi ləğv edildi. Bunun səbəbəi isə, braziliyalının sürətli dövrəyə sessiyanın vaxtının bitməsindən sonra başlamsı oldu. Beləliklə, Augusto yarışa sonuncu 18-ci yerdən başlayacaqdır. Qlokla ilk sıradan yarışı başlayacaq pilot Audi komandasının yeni pilotu Rene Rast olacaqdır. Rast Timodan cəmi 0,175 saniyə geridə qalmışdır.
İkinci sıradan start alacaq pilotlar isə Audi pilotu Ceymi Qrin və Mercedes pilotu Edoardo Mortara olmuşdurlar. Start xəttindəki beşinci yeri Mayk Rokenfeller (Audi) tutmuşdur.
