Bu gün Hokkenhaymrinqdə keçirilimiş birinci sərbəst yürüşlər Audi pilotlarının üstünlüyü ilə başa çatıb. Günün protokolunda ilk üç yeri İnqolştat təmsilçləri tutublar.
Yürüşlər başlamazdan öncə Lexus LC500 və Nissan GT-R avtomobillərinin pilotları Heykki Kovalaynen və Ronni Kuintarelli yapon avtomobillərində trekə çıxıblar. Onlar testləri bitirdikdən sonra DTM pilotları sərbəst yürüşlər başlayıblar.
Yürüşlərin cədvəlinə 1.31,760 zamana imza atan Mayk Rokenfeller başçılıq edib. Digər Audi pilotu Rene Rast liderə 0,166 saniyə uduzaraq ikinci nəticəni göstərib. Çempionatın lideri Mattias Ekstrem üçüncü nəticəyə imza atıb. O, liderə 0,182 saniyə uduzub.
Audi pilotlarını BWT Mercedes-AMG piloru Lucas Auer təqib edib. Onun ardınca beşinci nəticəni digər bir Ştutqart təmsilçisi Qəri Paffett göstərib. Ceymi Qrin (Audi) altıncı, Pol di Resta (Mercedes) isə yeddinci olub. İlk onluğu Nico Müller (Audi), Bruno Spenqler və Maksim Marten (hər ikisi BMW) tamamlayıblar.