Audi komandasının britaniyalı pilotu Ceymi Qrin dünən Hokkenhaymda keçirilən ikinci yarışın qalibi olmuşdur. Ceymi liderliyə təhlükısizlik avtomobilinin ardından yarışa restart verilməsi zamanı yüksəlmişdir.
Təhlükəsizlik avtomobilinin yarışa daxil olmasının səbəbi isə, startdan sonra birinci döngədə Robert Uikkenzin (Mercedes-Benz) Niko Müllerə (Audi) hücumu zamanı baş vermiş qəza olmuşdur. Bu qəza nəticəsində Loik Dyuval (Audi) və Uikkenz yarışdan kənar qalmışdırlar. Bununla belə, Qrinin restartı manevri stüartlar tərəfindən qayda pozuntusu kimi səciyyələndirilmiş və ona beş saniyəlik dur&get cəzası verilmişdir.
Startda Timo Qlok (BMW) yarışa uğurlu başlasa da, onunla ilk sırada yarışa başlayan Rene Rast o qədər şanslı olmamışdır.
Əksinə üçüncü yerdən start alan Qrin Rast keçərək ikinciliyə yüksəlmətə nail olmuşdur. Restertda Qrin Timo Qloku geridə qoymağı bacarmışdır. Qlok isə bir qədər gec reaksiya verməsi ucbatından Lukas Auerin arxasına düşərək beşinci olmuşdur.

Yeni qaydalara əsasən restart iki cərgəli düzülüşü nəzərdə tutur
Bununla belə, Ceymi Qrin rəqiblərindən lazımi qədər uzaqlaşaraq pit-stopdan sonra da lider qalmağı bacarmışdır. Britaniyalı üstünlüyünü artırdığı bir andan trekə möhkəm yağış yağmağa başladı.Qrin yağışı gözləyən pilotlardan bir dövrə sonra pit-stopa yollansa da, pit-stopan rəqibləri qarşısında böyük üstünlüklə çıxmışdir. Lukas Auer isə pit-stopa ondan iki dövrə sonra girmişdir.
Beləliklə, Qrin keçən ilki Zandvoertda keçirilən yarışdan sonra ilk qələbəsinə nail olmuşdur. İkinci yerdə isə Qrinin həmyerlisi Mercedes-Benz komandasının pilotu Qəri Paffett finiş görmüşdür. Podiumun üçüncü pilləsinə qalxmaq Marko Vittmanna qismət olmuşdur. Şənbə günü yarışda qalib gəlmiş Lukas Auer dördüncü, Mayk Rokenfeller (Audi) isə yeddinci olmuşdur.
Yarışın sonlarında Niko Mülleri haqlayan Pol di Resta (Mercedes-Benz) onu keçməyə cəhd etsə də, isveçrəli pilot buna icazə verməmişdir. Həmin gün pouldan start alan Timo Qlok isə yalnız altıncı ola bilmişdir. İlk onluğu Bruno Spenqler (BMW) və Maro Engel (Mercedes-Benz) tamamlamışdılar. İlk mərhələdən sonra pilotlar çempionatına 40 xalla Lukas Auer bşçılıq edir. Onu 26 xalla Ceymi Qrin, və 25 xalla Paffett-Qlok ikilisi təqib edir.
DTM çempionatının növbəti mərhələsi19 - 21 may tarixlərində Lausitzrinqdə (Almaniya) keçiriləcəkdir.



