Bu gün Hokkenhaymrinqdə keçirilən DTM çempionatının birinci mərhələsinin ikinci sərbəst yürüşlərində Mercedes komandası yenidən liderlik etmişdir. Bu Ştutqartdan olan komandanın əla formada olduğunu sübut edir.
Günün sürətli pilotu Mercedes komandasının üzvü Lukas Auer olmuşdur. O, trekdə 1.32,712 zamanla dövrə vuraraq ilk sərbəst yürüşlərin lideri olmuş Poldi Restanı 0,103 saniyə üstələmişdir. Mercedes komandasına transfer olmuş Mortara da dünənki uğursuzluğu geridə qoyaraq üçüncü nəticəni göstərmişdir.
Robert Uikkenz isə komanda yoldaşlarının ardınca dördüncü olmuşdur. Digər komandaların pilotları arasında ən yaxşı zaman göstərən idmançı isə Audi komandasının üzvü Niko Müller olmuşdur. Onun ardınca BMW komandasının iki nümayəndəsi - Marko Vittmann və Timo Qlok yerləşmişdirlər. Bu il DTM çempionatına qayıtmış Maro Engel (Mercedes-Benz) Auerə 0,438 saniyə uduzaraq səkkizinci olmuşdur.
İlk onluğu Mayk Rokenfeller (Audi) və sessiyaya başlanğıcda liderlik edən Qəri Paffett (Mercedes-Benz) tamamlamışdırlar.
