Şənbə günü Hokkenhaymrinqdə keçirilən ilk yarışda, poul pozişndan yarışı başlamış Lukas Auer (Mercedes-Benz) inamlı qələbə çalmışdır. Avstriyalı pilotun ardınca Timo Qlok (BMW) ikinci və Mayk Rokenfeller (Audi) üçüncü olmuşdur.

İlk sıradan start almış Lukas Auer yerini qorumaqla yanaşı qısa müddətdə onu təqib edən pilotlarla ara məsafəsini artırmışdır.

BMW komandasının alman pilotu Timo Qlok da əla start götürərək əvvəlcə Edoardo Mortaranı (Mercedes-Benz) geridə qoymuş, sonra isə effektli hücum sayəsində Qəri Paffetti (Mercedes-Benz) keçmişdir. İkinci sıraya yüksələn Timo Lukas Auerlə ara məsafəsini azaltmaq istəsə də, yarışın birinci hissəsinə buna nail olmamışdı. 17-ci dövrədə Auer və Qlok eyni vaxtda pit-stopa yollandılar.

Lakin, avstriyalı pilot komandanın baş mexanikinin səhvi ucbatından vaxt itkisinə məruz qaldı ki, bu da Auer ilə Qlok arasında olan zaman fərqini bir qədər azaltmış oldu. Lakin, pit-stopdan sonra Qlok, uğurlu strategiya sayəsində irəliyə çıxan Mayk Rokenfellerin (Audi) arxasında qalaraq vaxt itkisinə məruz qaldı. 

Bununla belə, yarış məsafəsinin üçdə ikisini keçdikdən sonra Qlok həmyerlisinə hücum edərək ikinciliyi ondan geri aldı və Auerə çatmaq üçün hücuma keçdi.

Yarışın bitməsinə beş dəqiqə qala Qlok avstriyalı pilotun DRS zonasına girməyi bacaqdı və ona hücum etmək şansı qazanmış oldu.

Gənc avstriyalı pilot yaxşı müdafiə olunaraq Qloka keçiş imkanı vermədi, və hətta, iki pilot kiçik bir təmas da yaşadılar. Bundan istifadə edən Rokenfeller əvvəlcə Timoya təhlükə yaşatsa da, sona bir dövrə qalmış keçmiş komanda yoldaşı Edoardo Mortaranın hücumundan müdafiə olunmaq məcburiyyəyində qaldı.

Bununla belə, 16-cı yerdən yarışı başlayan alman pilot podiumda finiş görməyi bacardı. 17-ci yerdən yarışa başlayan Mattias Ekstrem (Audi) də güclü pilotaj göstərərk Mortaranın ardınca yarışı tamamlamış oldu. Daha bir Audi pilotu Rene Rast bir neçə yadda qalan ötmələr edərək Pol di Resta və Qəri Paffetin önündə yarışı yeddinci bitirdi.

İlk onluğu tamamlayan pilotlar Niko Müller (Audi) və Marko Vittmann (BMW) oldular.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt