Dünən Hokkenhaymrinqdə keçirilən DTM çempionatının birinci mərhələsinin ilk sərbəst yürüşlərinin ən yeyin pilotu Mercedes komandasının şotland yarışçısı Pol di Resta olmuşdur.

Sessiyanın əksər hissəsində di Restanın komanda yoldaşı Qəri Paffett liderlik etsə də, damalı bayrağın yellənməsinə iki dəqiqə qalmış di Resta 1.32,732 zamanla irəli çıxmışdır. O, Paffetti 0,110 saniyə üstələmişdir. İki Mercedes pilotunun ardınca üçüncü nəticəni Audi komandasının pilotu eks-çempion Mayk Rokkenfeller göstərmişdir. Dördüncü nəticəni isə, Rkonfellerin komanda yoldaşı Ceymi Qrin qeydə almışdır.

Beşinci yeri Lukas Auer (Mercedes-AMG C63 DTM), altıncı yeri isə liderdən 0,502 saniyə geridə qalan Rene Rast (Audi RS5 DTM) tutmuşdurlar. İkiqat dünya çempionu Mattias Ekstrem (Audi RS5 DTM)  yalnız yeddinci nəticəni göstərməyə müvəffəq olmuşdur. Onun ardınca səkkizinci yerdə Tom Blomkvist (BMW M4 DTM) qərarlaşmışdır. İlk onluğu tamamlayan pilotlar Robert Uikens (Mercedes-AMG) və Timo Qlok (BMW) olmuşdurlar. 

Qüvvədə olan dünya çempionu Marko Vittmann (BMW M4 DTM) liderdən bir saniyə geridə qalaraq 14-cü nəticəni göstərmişdir. Audi komandasından Mercedes-Benz şirkətinə keçmiş Edoardo Mortara 16-cı nəticəni qeydə almışdır.

Bu gün səhər keçiriləcək ikinci sərbəst yürüşlərdən sonra bu mövsümün ilk təsnifat mərhələsini və ilk yarışını izləyəcəyik. Bildiyimiz kimi, yeni qaydalara əsasən hər komanda altı pilotla təmsil olunurlar. Bizi izləməyə davam edin.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt