Dünən və bü gün keçirilmiş sərbəst yürüşlərdən sonra mövsümün ilk poulu uğrunda mübarizənin Mercedes pilotlarının arasında gedəcəyi heş kimdə şübhə doğurmurdu.
İkinci sərbəst yürüşlər Mercedes-AMG C63 DTM bolidlərinin BMW M4 DTM və Audi RS5 DTM siluetləri qarşısında ciddi üstünlüyə malik olduğundan xəbər verirdi. Həqiqətən də sıralama turlarının ilk anlarından Mercedes pilotları bir-birinin ardınca sürətli zamanlar göstərməyə başladılar.
Bu gün keçirilən sərbəst yürüşlərdə olduğu kimi, təsnifat mərhələsinin başlanğıcında Mercedes pilotu Qəri Paffett liderlik etməyə başladı. Audi pilotları Ekstrem və Müller qısa müddət müqavimət göstərsələr də, digər Mercedes pilotlarının trekə çıxmasından sonra alt sıralara düşdülər.

Artıq sıralama turlarının ortasında Paffett, Auer, di Resta və Uikkenzdən ibarət dördlü protokola başçılıq edirdilər. Beşinci yerdə Bavariya təmsilçisinin pilotu Timo Qlok qərarlaşmışdir. Timo bu il DTM çempionatına geri qayıtmış Maro Engeli (Mercedes-Benz) üstələyə bilmişdir. Engelin arxasınca yeddinci yerdə Maksim Marten (BMW), səkkiznci yerdə isə Niko Müller qərarlaşmışdırlar. Qüvvədə olan dünya çempionu Marko Vittmann ilk onluğa belə daxil ola bilməmişdir. O, yalnız 11-ci nəticəni göstərməyə müvəffəq olmuşdu.
İlk onluğa daxil olmuş digər pilotlar Tom Blomkvist (BMW) və Edoardo Mortara (Mercedes-Benz) idi.
Sıralama turlarının bitməsinə dörd dəqiqə qalmış pilotlar sonuncu cəhdlərinə yollandılar. Bu dəfə də, sərbəst yürüşlərdə olduğu kimi, Lukas Auer komanda yoldaşı Qəri Paffeti üstələməyə müvəffəq oldu. Damalı bayraq dalğalanandan sonra iki Mercedes pilotunu 0,193 saniyə ayırırdı. Mercedes komandası tam tərkibdə ilk onluğa daxil olmağı bacarmışdırlar. İlk onluğa daxil olan BMW komandasının pilotları Timo Qlok, Maksim Marten və Tom Blomkvist müvafiq olaraq dördüncü, beşinci və doqquzuncu olmuşdurlar. Audi pilotlarında ilk onluğa düşən yeganə pilot Niko Müller olmuşdur.
Niko Tom Blomkvistin önündə səkkiznci yerdə sıralanmışdır.
