General Motors konserninə daxil olan Holden şirkəti arxadan çəkişli Commodore ailəsinin xüsusi «vida» variantlarını təqdim etmişdir. İş orasındadır ki, Holden bu avtomobillərin buraxıldığı zavodu oktyabr ayında bağlamaq niyyətindədir. Şirkətin Holden Special Vehicles (HSV) bölməsi bu kədərli hadisəni qeyd etmək üçün, Commodore ailəsindən olan avtomobillərin xüsusi tərtibatlı və təchizatlı modifikasiyalarını hazırlamışdır.

HSV GTSR W1 adını almış supersedanlar məhdud tirajla buraxılacaqdır. Sedan Chevrolet Corvette ZR1 kupesindən tanış olan 6,2-litrlik səkkiz silindrli LS9 mühərriki ilə təchiz edilir. Kompressorlu mühərrikin gücü 644 at qüvvəsi, fırlanma anı isə 815 Nm-dir. Güc aqreqatı yalnız iki muftalı altı pilləli Tremec TR-6060 mexaniki ötürmələr qutusu ilə təchiz edilir.  Avstraliyalı istehsalçının iddiasına görə, supersedan 100 km/saat sürətini 4,2 saniyəyə toplayacaqdır.

HSV GTSR W1

Avtomobil xüsusi kuzov dəsti ilə yanaşı, Pirelli P Zero Trofeo R şinləri ilə təchiz edilmiş 20-düymlük təkər disklərini də əldə etmişdir. Maraqlıdır ki, HSV modellərinə quraşdırılan maqnitoreoloji maye ilə tənzimlənən amortizatorların əvəzinə W1 sedanı Avstraliyadan olan Supashock firmasının passiv asması ilə təchiz edilir. Avtomobilin salonunda hər tərəf alkantaraya bürünmüşdür. Cəmi 300 ədəd HSV GTSR W1 sedanı buarxılacaqdır ki, bu avtomobillərin də satış qiyməti 169900 avstraliya dolları (128750 ABŞ dolları) təşkil edəcəkdir. Bu Avstraliya avtomobil sənayesinin tarixində buraxılmış ən bahalı model olacaqdır.

HSV GTSR

Qeyd etmək lazımdır ki, ekstremal W1 sedanı ilə yanaşı HSV bölməsi «sadə» GTSR sedanını və GTSR Maloo pikapını da nümayiş etdirmişdir. Bu modellər 6,2-litrlik mühərrikin  bir qədər zəif variantı ilə təchiz edilirlər. LSA indeksli mühərriki Cadillac CTS-V «qaynar» sedanının kapotu altında da aşkarlamaq mümkündür.

Əslində belə avtomobillər istehsalçı tərəfindən 2013-cü ildən buraxılsa da, R indeksi almış «vida» modifikasiyası gücü 585 at qüvvəsindən 592 at qüvvəsinə yüksəldilmiş mühərrik və W1 variantına xas olan kuzov dəsti ilə seçilir. Bu növ sedan və pikapları 6-pilləli mexaniki ötürmələr qutusu ilə yanaşı altı diapazonlu avtomatik ötürmələr qutusu ilə də sifariş etmək olar. GTSR sedanından 1300 ədəd, pikap modelindən isə 670 ədəd istehsal etmək nəzərdə tutulmuşdur.

HSV GTSR Maloo pikapı 96990 avstraliya dollarına (73440 ABŞ dolları), HSV GTSR sedanı isə 109490 avstraliya dollarına (82905 ABŞ dolları) satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt