Eksklyuziv avtomobillərin satışı ilə məşğul olan Classic Yountimer Consultancy firması Bentley Continental GT kupesinin yolsuzluq üçün hazırlanmış versiyasını satışa çıxarıb. Porsche 911 Safari modelinin üslubunda hazırlanmış kupenin qiyməti açıqlanmayıb.
Ofroder 2004-ci ilin avtomobilinin bazasında hazırlanıb və 85,2 min kilometrlik yürüyüşə malikdir. İlkin olaraq, avtomobil markanın fransız dileri üçün nəzərdə tutulubmuş.
Continental GT klirensi artırılmış asqıya, təkər tağlarının plastikdən genişləndiricilərinə, reqlinqlərə, yolsuzluq «çilçırağına» və damda quraşdırılan ehtiyat təkərinə sahib olub. Kupenin salonu ağac və konyak rəngində dəri ilə tərtib edilib. Bentley Continental GT 560 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 6,0-litrlik iki turbokompressorlu W12 mühərriki ilə hərəkətə gəlir. Adi kupe 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir və 318 km/saat maksimal sürətə malikdir.
Yolsuzluq kupesinin dinamik xüsusiyyətləri açıqlanmayıb.