Hollandiyada fəaliyyət göstərən Van Thull Development atelyesi, birinci nəsil Porsche Boxster modelinin bazasında inaş etdiyi şutinq-breykin eksteryeri üzərindəki işləri tamamlayıb. Kompozit panellərin köməyi ilə iki qapı modelin kuzovunun arxa hissəsini artırılıb, sonra isə avtomobil bütövlüklə Miami Blue rənginə boyanıb.
Şutinq-breykin əsasını 986 seriyasından olan Porsche Boxster rodsteri təşkil edir. Bununla belə, atelye digər Porsche modellərdən də elementləri götürüb. Məsələn, kuzovun ön hissəsi fənərləri ilə birlikdə 911 GT3 (997), yan şüşələr - 911 (996), bamper və arxa işıq texnikası isə 911 modelinin yeddinci nəsildən götürülübdür. Dam karbondan hazırlanmış panellərin köməyi ilə uzadılıb, arxa pəncərə isə, böyük ehtimalla Peugeot modelindən götürülüb.
Eksteryer üzərindəki işlərin tamamlanmasından sonra, Van Thull Development atelyesinin mütəxəssisləri salon və xüsusən də baqaj bölməsinin işləməyə başlayacaqdırlar. Avtomobilin mühərrikinin arxada yerləşdiyini nəzərə alsaq, mühəndislər qarşısında çətin vəzifə durur: onlar baqaj bölümünün həcmini ən azı iki səyahət çantası yerləşdirə biləcək səviyyədə saxlamalı və eyni zamanda, mühərrik bölməsini təcrid etməlidirlər.