Sam's Garage tüninq studiyası 840 at qüvvəsinə malik olan hardkor Jeep Wrangler “trek” ofrouderini nümayiş etdirib. Layihə Şimali Hollandiyadakı məşhur Zandvoort avtodromunun şərəfinə Jeep Wrangler Zandvoort Edition adlandırılıb. Layihə Jeep Wrangler Rubicon 392 modelinə əsaslanır, lakin avtomobilin şassisi, mühərriki və eksteryeri yenidən işlənilib. Kompressor, aşağı profilli şinlər quraşdırıldıqdan, habelə əyləclər dəyişdirdikdən sonra, amerikan ofrouderi idman üslubunda idarəetməyə üstünlük verənlər üçün daha maraqlı olub.
Avropada səkkizsilindrli Jeep Wrangler Rubicon 392 ofrouderi rəsmi olaraq satılmır, çünki amerikan istehsalçısı 4xe sistemi ilə təchiz edilmiş hibrid ofrouderə üstünlük verir. Buna görə də, layihə üçün avtomobillər ABŞ-dan gətirilməlidir, özü də onlar mütləq 840 at qüvvəli 6,4-litrlik kompressorlu V8 mühərriki ilə təchiz olunmalıdırlar.
Hollandiyalılar bütöv körpülərdən imtina etməsələr də, xarici diametri 33 düym olan “palçıq” şinlərini aşağı profilli asfalt şinləri taxılmış 22-düymlük disklər ilə əvəzləyiblər. Şəkillərdən göründüyü kimi, disk əyləcləri və buraxılış sistemi dəyişdirilib, yeddi lameli olan firma radiator barmaqlığı isə qeyri-adi tor ilə əvəzlənib.
Müştərilər interyeri öz zövqlərinə uyğun dəyişə, hətta ön oturacaqları idman “çalovları” ilə əvəz edə bilərlər. Jeep Wrangler Zandvoort Edition modelinin qiyməti və dinamik xüsusiyyətləri sonra açıqlanacaqdır. Lakin təkmilləşdirmələrin miqyasını nəzərə alsaq, Jeep Wrangler Zandvoort Edition ofrouderinin adi Wrangler 4xe modelindən qat-qat baha olacağı aydındır. Sonuncu Hollandiyada 91 min avrodan başlayan qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.