Bentley şirkətinin baş direktoru Ədrian Hollmark Mulsanne modelinin buraxılmasının dayandırılması səbəbi barədə danışıb. Rolls-Royce Phantom ilə rəqabət aparan dəbdəbəli sedana tələbatın kəskin şəkildə aşağı düşməsi, bayraqdar sedanın buraxılmasını qeyri-rentabelli edib. Mulsanne modelinin istefasından sonra, Bentley markasının bayraqdar sedanı Flying Spur modeli olacaqdır.
Bentley şirkətinin patronu Mulsanne modelinin illik satışlarının 500 ədədə düşdüyündən şikayət edərək, markanın vaxtılə ildə 1200 ədəd Arnage sedanını satdığını xatırladıb. İyirmi il ərzində dünyada varlı insanların sayı üç dəfə artıb. Bununla belə, varlı müştərilər daha çox krossoverlərə üstünlük verirlər və bu tendensiyanı bütün seqmentlərə şamil etmək olar.
Hollmark, "böyük sedanların 100 il ərzində Bentley şirkətinin dayağı olduğunu", lakin modelin satış həcmlərinin kəskin azalmasının onun istehsalını iqtisadi cəhətdən qeyri-rentabelli etdiyini söyləyib. Üstəlik, Bentley Mulsanne modelinin varisi məsələsi də gündəmdə deyil, çünki modelin yeni nəslinin yaradılmasına çəkilən xərclər heç zaman özünü ödəməyəcəkdir.
Mulsanne modelinin istehsalının dayandırılması, 1950-ci illərin sonlarında hazırlanmış uzunömürlü əfsanəvi Bentley V8 mühərrikinin də sonu olub. İndi istehsalçısı öz modelləri üçün Volkswagen konserninin qanadı altında yaradılmış daha səmərəli turbomühərriklərdən – 6,0-litrlik W12 və 4,0-litrlik V8 aqreqatlarından istifadə edir.
Bentley şirkətinin rəhbərli yeni Flying Spur modelinin Mulsanne sedanını tamamilə əvəz edə bilmədiyini etiraf edərək, eyni zamanda, “Uçan mahmızın" britaniya markasının “bu günə qədər istehsal etdiyi ən mükəmməl avtomobil" olduğunu bildirib.
Mənbə: TopGear