Honda avtomobilləri üçün firma aksessuarlarını istehsal edən Honda Access bölməsi yeni nəsil Civic Type R modeli hazırladığı üçün ilk tüninq dəstini təqdim edib. Təkmilləşdirmələr kataloqunda həm avtomobilin görünüşünü dəyişdirmək, həm də interyerini yaxşılaşdırmaq üçün detallar mövcuddur. Bununla belə, təklif edilən aksesuarların çeşidi o qədər də geniş deyil.
Əsas yenilik - karbon lifindən hazırlanmış yeni arxa antiqanaddır. Karbondan hazırlanmış antiqanad zavod analoqundan bir kiloqram yüngüldür, üstəlik, yerəbasma qüvvəsini artıran aerodinamik cəhətdən optimallaşdırılmış profilə malikdir.
“Qaynar” hetçbekin görünüşünün dəyişdirmək üçün qırmızı rəngli güzgü gövdələri, əyləcləc supportları, habelə eyni rəngə boyanmış Honda və Type R loqoları təklif olunur.
İnteryeri yaxşılaşdırmaq üçün isə, işıqlanan Type R loqosu olan kandar lövhələrindən, mərkəzi konsol və qapı kartları üçün karbon lifi və qırmızı polyesterdən hazırlanmış panellərdn, alüminium və dəri ilə tərtib edilmiş transmissiyanın yeni dəstəyindən istifadə edilə bilər.
Bundan başqa, smartfonların simsiz doldurulması sistemi, xüsusi ayaqaltılar, LED baqaj işıqları və model emblemini yerə proyeksiya edən qapılardakı proyektorlar təklif olunur. Yeni Honda Civic Type R hetçbeki üçün hazırlanmış yeni aksessuarlar 2022-ci ilin payızından satışa çıxarılacaqlar. Honda Access kataloqundan olan məhsulların qiyməti açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.