Honda şirkəti Amerika bazarında satılan Accord sedanının planlaşdırılmış yenilənməsini həyata keçirib. Sedanın onuncu nəsli bir qədər dəyişmiş eksteryerə və yenidən nəzərdən keçirilmiş avadanlıq siyahısına sahib olub.
Yenilənmiş Honda Accord sedanını sələfindən bir qədər genişlənmiş radiator barmaqlığı və duman əleyhinə işıqların fərqli dizaynı sayəsində tanımaq olar. Bundan başqa, model yeni dizayna malik olan təkər disklərini və boz Sonic Grey Pearl rəngini əldə edib.
Digər dəyişikliklər texniki hissədə baş verib. Beləliklə, bahalı təchizat səviyyəsinə malik olan versiyaların LED fənərləri daha geniş ərazini işıqlandırır və daha parlaqdırlar. Salonda isə ikinci cərgənin sərnişinləri üçün salonda iki USB-girişi quraşdırılıb. Sedan standart olaraq səkkiz düymlük ekrana, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sisteminə sahib olub.
Köməkçilər siyahısı da genişləndirilib: indi Accord Touring top versiyası aşağı sürətlərdə maneə aşkar edildikdə avtomatik olaraq əyləcləməni həyata keçirən parkinq yardımçısı ilə təchiz edilir. Bundan əlavə, Honda mühəndisləri adaptiv kruiz kontrolu və zolaqda saxlama sistemlərini yaxşılaşdırıblar.
Sedanın standart avadanlıq siyahısına ikinci cərgədəki unudulmuş sərnişinlər və ya əşyalar barədə xəbərdarlıq edən sistem də daxil edilib. Bu sistem arxa kəmərlərin taxılmasına da nəzarəti həyata keçirir.
Accord modeli üçün təklif edilən mühərrikləri də yenidən işləniblər. 1,5 və 2,0 litrlik turbomühərriklər akselerator pedalının basılmasına daha sürətli cavab verirlər. Bununla belə, mühərriklərin hasilatı dəyişilməz qalıb - müvafiq olaraq 195 və 255 at qüvvəsi. Honda mühəndislərinin bildirdiyinə görə, 215 at qüvvəsinə sahib olan hibrid versiya elektrik ötürməsi daha çox məsafə qət edə bilər, lakin bu məsafə açıqlanmayıb.
Yenilənmiş modelin ABŞ bazarındakı satışlarına bu gün start verilib. Avtomobilin qiyməti 24,770 dollardan başlayır. Bu qiymətə 1,5 litrlik mühərrikə malik olan baza LX versiyasını əldə etmək olar. Hibrid mühərrikli Accord Touring top versiyası isə 36.240 dollara başa gələcəkdir.