Florida ştatının Orlando şəhərində (ABŞ) keçirilən NBAA Business Aviation Convention & Exhibition beynəlxalq aviasiya sərgisində HondaJet Elite II biznes-cetinin təqdimatı keçirilib. Honda Aircraft şirkəti tərəfindən hazırlanmış təyyarə, fövqəladə hallarda pilotların iştirakı olmadan onu endirməyə qadir olan qabaqcıl avionikanı və yeni interseptoru alıb. Bəzi texniki təkmilləşdirmələr sayəsində HondaJet biznes-cetinin uçuş məsafəsi 1437-dən 1547 dəniz milinə qədər artıb (təxminən 2,9 min kilometrə qədər).
HondaJet Elite II biznes-ceti Elite S və uzunmənzilli HondaJet 2600 cetləri arasında yer alıb. Təyyarənin uçuş məsafəsi 1437-dən 1547 dəniz milinə, qalxış çəkisi isə 4944-dən 5035 kiloqrama qədər artırılıb. O, öz sinfində ən qənaətcil, ən sürətli və ən yüksəkdə uçan biznes-cetdir. Yeniliklər arasında uçuş və eniş xarakteristikalarını yaxşılaşdıran yeni interseptor, eləcə də qabaqcıl avionika var.
Yaponlar Garmin G300-ə əsaslanan fərdi kompleksdən istifadə edirlər. HondaJet Elite II elektronikası hava limanına yaxınlaşarkən təyyarəni sabitləşdirməyə kömək edir, fövqəladə hallarda isə, onu müstəqil şəkildə hava limanına endirə bilir. Yeni Emergency Autoland (təcili avtomatik endirmə) və Autotrottle (dartma avtomatı) isistemləri gələn il əlçatan olacaqlar.
Eyni zamanda, yapon biznes-ceti füzeylajın (Black Edition) və kabinin yeni tərtibat variantlarını (Onyx və Steel) əldə edib. Buna misal kimi, yeni tərtibat materiallarını, habelə möhkəm ağac növlərindən hazırlanmış döşəməni göstərmək olar.
Bundan əlavə, kabinin səs-küy izolyasiyası yaxşılaşdırılıb, opsiyalar siyahısında isə, qoyun dərisindən oturacaq üzlükləri və ayaq zonasındakı boşluğun artırılmasını təmin edən yeni pilot kresloları peyda olub. Yeniliklər arasında həmçinin inteqrasiya edilmiş xarici işıqlar, əsas girişin illüminasiyası və çoxrəngli LED kabin işıqlandırması da var.
Mühərriklərin qondolaları əvvəlki kimi qanadın üstündə yerləşirlər. Honda AirCraft şirkəti həmişəki kimi GE Honda HF120 turboreaktiv mühərrikindən istifadə edir. İki konturlu aqreqatın hasilatı 2250 funt gücü (9,1 kN) təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.