Honda şirkəti üçüncü nəsil yığcam HR-V krossoverinin ABŞ bazarı üçün nəzərdə tutulmuş versiyasını hazırlayır. Bu versiya Avropada (Yaponiyada Vezel adı ilə) satılan eyni adlı modeldən nəzərəçarpacaq dərəcədə fərqlənəcəkdir. Hələlik yeni vesiyanın yalnız dizayner eskizlərini dərc ediblər: amerikan Honda HR-V modeli arxa dayaqlarda əlavə pəncərəli olan orijinal kuzova malik olacaq, və çox güman ki, ölçülərinə görə Avropalı adaşını üstələyəcəkdir.

Amerikan versiyasını fərqləndirən cəhətlərindən biri də iki yan hava girişləri olan yeni ön bamper, başqa qapı tutacaqları, daha iri işıq texnikası və LED zolaqla birləşdirilmiş arxa fənərlərdir. Yeni krossover haqqında başqa məlumat verilməyib, lakin modelin xüsusiyyətlərini onun 2022-cilin birinci yarısına planlaşdırılmış təqdimatından öncə açıqlanacağını vəd ediblər.

ABŞ-da satılan cari Honda HR-V modeli variatorla tandemdə çalışan 143 at qüvvəli atmosfer mühərriki ilə təchiz edilir. Nəsil dəyişikliyi ilə, krossoverin mühərrik çeşidinə yeni Civic modelinin mühərrikləri daxil edilə bilər: bunlar 2,0-litrlik atmosfer mühərriki, 1,5-litrlik turbomühərrik və hibrid güc qurğusudur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.