Avropada dizel mühərriki ilə təchiz edilmiş avtomobillər böyük tələbata malikdir. Lakin, eyni zamanda, avropalılar ətraf mühitin qorunmasına diqqətlə yanaşırlar - çünki, onlar canlarını ciblərindən daha çox sevirlər. Bu səbəbdən də, bir sıra istehsalçılar ən azından Avropada təklif etdiyi modelləri elektrikləşdirməyə çalışırlar. Biz isə, əksinə Avropadan “qovulan” avtomobilləri ölkəmizə dolduraraq canımıza qəsd edirik.
Honda şirkəti də, Köhnə dünyada 2021-ci ildən başlayaraq dizel mühərriki ilə hərəkətə gələn modellərin satışını dayandırmaq qərarına gəlib. Reuters agentliyinin bildirdiyinə görə, bunu səbəbi sadədir – sərtləşən ekoloji normalar və sırf avropa bazarı üçün dizellərin təkmilləşdirilməsi imkanının olmaması. Bəlkə də, “həvəsin olmaması” yazsaq daha düzgün olar.
Honda e
Yapon markası isə, başqa yola əl atıb: Avropada satılan bütün modellər müəyyən elektrikləşdirmə dozasına sahib olacaqdırlar. Prosesə artıq start verilib: Honda hibrid aqreqatlı CR-V krossoverinin satışlarına başlayıb və sırf elektrik ötürməsi ilə hərəkətə gələn Honda e elektromobilinin dilerlərə çatdırılmasına hazırlaşır. Eyni zamanda, yeni nəsil Honda Jazz modelinin Avropada yalnız hibrid olaraq təklif ediləcəyi də məlumdur.
Elektrikləşmiş modellərin hazırlanması üçün, istehsalçı model xəttində olan model və onların modifikasiyalarını üçdə bir dəfə azaltmaq fikrindədir. Eyni zamanda, bu ixtisar qlobal əməliyyat xərclərini 10% azaltmağa imkan verəcəkdir. Məsələn, Böyük Britaniyadakı Civic ailəsinin istehsal edildiyi zavod bağlanacaq, bu model Terkiyədəki zavodun konveyerindən çıxarılacaqdır.