Honda şirkəti Cenevrə avtomobil salonunda nümayiş etdirilməsi nəzərdə tutduğu hetçbek kuzovlu Civic modelinin yeni nəslinin ilk tizerini dərc etmişdir. Beşqapılı avtomobilin seriya variantının Avropada satışa çıxarılması 2017-ci ilin əvvəlinə planlaşdırılır. Civic modelinin istehsalı Honda şirkətinin Britaniyanın Suindon şəhərindəki zavodunda təşkil ediləcəkdir. Bu zavodun yenidən qurulmasına yapon istehsalçısı 270 milyon avro xərcləmək niyyətindədir. Hər il konveyerdən 120 min avtomobilin çıxaması planlaşdırılır.
Avropa bazarı üçün nəzərdə tutulan avtomobilin mühərrik çeşidinə 1,5-litrlik «türbodördlük» və 1,0-litrlik üç silindirli üfürməli mühərrik daxil ediləcəkdir. İlkin məlumatlara görə, 1,8-litrlik atmosfer mühərrikini əvəz edəcək üç silindirli mühərrikin gücü 128 at qüvvəsi olacaqdır.
Honda Civic modelinin Amerika bazarı üçün olan variantı sedan və kupe kuzovları ilə təklif edilir. Avtomobil 175 at qüvvəsi gücü olan 1,5-litrlik turbomühərrik və 160 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki ilə təchiz edilir.
Hər iki mühərrik variatorla birlikdə çalışır. 1,6-litrlik mühərrik həmçinin, altı pilləli mexaniki sürətlər qutusu ilə də sifariş etmək mümkündür.