Mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda Honda şirkəti yeni seriya elektrokarının prototipini nümayiş etdirməyi planlaşdırır. 2017-ci ildə debüt edən Urban EV konseptinin əsasında hazırlanmış elektrokarın görünüşü yapon istehsalçısı tərəfindən dərc edilmiş eskizdə əks etdirilib. Seriya elektrokarının satışlarına bu ilin sonunda başlanmalıdır.
Eskizdən də göründüyü kimi, elektrik prototipi Urban EV konseptinin ümumi üslubunu qoruyub-saxlayacaqdır. Bunlara misal olaraq, doldurulma portunun kapotdakı qapağını və yan güzgüləri əvəzləmiş kameraları göstərmək olar. Bun elementlər keçən ilin payızında fotoqraflar tərəfindən şəkilləri çəkilmiş test prototiplərində də mövcud idi. Qanuni olaraq belə güzgüləri yalnız Yaponiyada satılacaq elektrokarlarda quraşdırmaq olar.
Yeni elektrokar Honda markasının Avropada təklif edilən model xəttinin elektrikləşdirilməsi üzrə strateji planının bir hissəsi olacaqdır. Istehsalçı artıq Avropada beşinci nəsil Honda CR-V krossoverini dizel mühərriki ilə təklif etmir – dizel modifikasiyasını hibrid krossover əvəzləyib. 2025-ci ildə şirkətin satışlarının ümumi həcminin üçdə ikisini hibrid və elektrokarlar təşkil etməlidir.
Honda şirkəti Urban EV konseptini keçən ilk keçirilmiş Frankfurt avtosalonunda nümayiş etdirib. Honda Urban EV konsept avtomobili yapon şirkətinin Electric Vision adlı yeni proqramının tərkib hissəsidir. Bu proqram yeni platformaların, güc qurğularının və elektromobillər üçün yüngülləşdirilmiş akkumulyatorların yaradılmasını nəzərdə tutur.