Honda şirkəti yeni Civic Hybrid və Civic Type R modellərinin debüt tarixini açıqlayıb: 11-ci nəsil modelin “bərkgedən” və hibrid versiyaları 2022-ci ildə bazara çıxacaq və Civic modelinin 50-ci ildönümünə təsadüf edəcəkdir. Hələlik bu modellər haqqında ətraflı məlumat yoxdur: elektrikləşdirilmiş versiya ən yeni e: HEV qurğusunu alacaq, “bərkgedən” versiya isə yalnız ön ötürmə ilə təklif ediləcəkdir - Civic modelinin tam ötürməli versiyası nəzərdə tutulmayıb.

Sözügedən e: HEV hibrid qurğusu artıq yeni Jazz və HR-V modellərində quraşdırılır. Hetçbekdə quraşdırılan hibrid qurğu Atkinson dövrü ilə işləyən 1,5-litrlik benzin mühərriki, mühərrik-generator, dartma elektrik mühərriki və litium-ion batareyasından ibarətdir.

Hibrid qurğunun ümumi hasilatı 109 at qüvvəsi və 253 Nm fırlanma anı təşkil edir. HR-V krossoverində üç hərəkət rejimindən və qaz pedalının buraxılması zamanı yavaşlama intensivliyinin dörd səviyyəsindən birini seçmək imkanı var. Gələcək Civic Hybrid modelində quraşdırılacaq e: HEV xüsusiyyətləri hələlik gizli saxlanılır.

Civic Type R modelində gəldikdə isə, “bərkgedən” modelin Avropada yalnız daxili yanma mühərriki ilə təchiz edilmiş son Honda avtomobili olacağı bilinir. Qeyri-rəsmi məlumatlara görə, “bərkgedən” hetçbekin 11-ci nəsli  elektrik əlavəsi olmayan “turbodördlük” (onuncu nəsil Civic Type R modelində aqreqat 320 at qüvvəsi hasil edir) hərəkətə gətirəcəkdir.  Yapon markasının sonrakı bütün yeni avtomobilləri bu və ya digər şəkildə elektrikləşdiriləcəkdir.

İnsayderlər növbəti Civic Type R modelinin təkmilləşdirilmiş asqını və yenidən tənzimlənmiş yüksək sürtünməli differensialı alacağını bildirirlər. “Bərkgedən” hetçbek standart olaraq ön ötürmə və altı pilləli mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdir.

Əvvəllər Civic ailəsinə, 2017-ci ilə qədər Avropa bazarında satılan universal və Amerikada satılan kupe də daxil idi. 2020-ci ilin yayında kupe kuzovlu Civic modelinin buraxılışına son verilib. Səbəb - tələbatın az olmasıdır. Hetçbekin model cərgəsində daxil olmasından sonra, ikiqapılı versiyanın satış payı 16-dan 6 faizə enib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.