Honda şirkəti yeni nəsil Civic ailəsinə tarixində ilk dəfə turbomühərriklə təchiz olunan Si modifikasiyasını əlavə etmişdir. Yeni “gücləndirilmiş”Civic modelinin kütləvi təqdimat mərasimi aprel ayında işinə başlayacaq Nyu-York avtosalonunda keçiriləcəkdir.
Yeni modifikasiya 205 at qüvvəli 1,5-litrlik dörd silindrli benzin mühərriki ilə təchiz ediləcəkdir.
Güc aqreqatı yalnız altı pilləli mexaniki ötürmələr qutusu ilə birgə çalışır. Yeni Honda Civic Si modelinin sələfi 235 at qüvvəsi və 260 Nm fırlanma anı olan 2,4-litrlik atmosfer mühərriki ilə təklif edilirdi. Yeni turbomühərrik də 260 Nm fırlanma anına malikdir ki, bu moment də 2100 – 5500 dövr/dəqiqə arasındakı geniş diapazonunda əlçatandır. Honda Civic Si sedan və hetçbeki iki – Normal və Sport rejimi olan adaptiv amortizatorlarla, dəyişən gücü olan sükan gücləndiricisi, daha qalın köndələn dayanıqlılıq stabilizatorları və yayları, öndə 312-millimetrlik əyləc diskləri, həmçinin öndə yüksək sürtünməli differensial ilə standart olaraq təchiz edilir. Bundan başqa, adi Civic modelinə nisbətən Si modifikasiyası daha aqressiv kuzov dəstinə, 18 düymlük təkər disklərinə, arxa bamperin mərkəzində yerləşən buraxılış sisteminin borularına, spoylerə (sedan) və iri antiqanada (hetçbek), həmçinin interyerin “idman” üslubunda xüsusi tərtibatına sahib olmuşdur.
Modelin təchizatına klimat-kontrol, yağış vericisi, yeddi düymlük displeyi olan və Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi daxildir.