“Qaynar” hetçbek ilə klassik ofrouderi dreq məsafəsində yarışdırmaq olarmı? Olmaz? Top Gear jurnalistlərinin fikrincə bu mümkündür. Bu günlərdə britaniyalı jurnalistlər “qaynar” Honda Civic Type R hetçbekini Land Rover markasından olan ofrouderlə yarışdırıblar.
Honda Civic Type R ilə dreq məsafəsinə çıxan ofrouder heç də Range Rover Velar, Range Rover Evoque və ya Range Rover Sport SVR modeli deyildir. Əksinə, heç kimin gözləmədiyi Defender modelidir. Doğrudur, bu Defender adi bir Defender deyil, modelin 70 illik yubileyinin şəninə məhdud sayda buraxılmış Land Rover Defender V8 Works modelidir.
Məlumdur ki, "qaynar" hetçbek 320 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik, altı pilləli mexaniki qutu, adaptiv asqı və hərəkət rejimlərinin seçilməsi sistemi ilə təchiz edilir. 100 km/saat həddinə Civic Type R 5,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 272 km/saatdır.
Land Rover Defender V8 Works isə 405 at qüvvəsi və 515 Nm fırlanma anı hasil edən beş litrlik səkkiz silindrli atmosfer mühərriki və ZF frmasının idman rejiminə malik olan səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 60 mil/saat (96 km/saat) həddinə qısabazalı ofrouder 5,6 saniyəyəı sürətlənir. Onun maksimal sürəti isə 170 km/saatdır.