Honda şirkəti şimaliamerikan bazarı üçün hazırladığı 2019-cu ilin Civic Type R "qaynar" hetçbekini təqdim edib. "Qaynar" hetçbek yenilənmiş fiziki düyməli multimedia sisteminə və ölçüləri böyüdülmüş stəkaltılara sahib olub. Modelin texniki hissəsi dəyişilməz qalıb.
Honda Civic Type R modelinin rəng çeşidinə yeni Sonic Gray Pearl adlı boz boya daxil edilib. Yenilənmiş multimedia sistemi fiziki düymələrə malik olub, həmçinin Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir. Səs komandalarının tanınması və Bluetooth ilə birləşmənin keyfiyyəti də yaxşılaşıbdır. Bundan başqa, sükan çarxındakı düymələr yenilənmiş,elektrik əl əyləci işıq indikatoruna sahib olmuş, klimat-kontrol blokunda isə üfürmənin sürətini tənzimləyən fiziki tənzimləyicilər peyda olmuşdur.
"Qaynar" hetçbek əvvəlki kimi 320 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik, altı pilləli mexaniki qutu, adaptiv asqı və hərəkət rejimlərinin seçilməsi sistemi ilə təchiz edilir. 100 km/saat həddinə Civic Type R 5,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 272 km/saatdır.