ABŞ bazarının bir çox avtomobil istehsalçıları üçün vacib olduğunu söyləmək təkrardan başqa bir şey olmazdı. İstehsalçılar ilk növbədə amerikalı müştərilərin könlünü oxşamağa çalışırlar və əksər hallarda ən yeni modellərini okeanın o tayında nümayiş etdirməyə can atırlar. Məsələn, Honda CR-V krossoverinin beşinci nəsli üç il bundan öncə Amerikada debüt edib. Bu günlərdə, krossoverin yenilənmiş versiyası orada debüt edib.
Dəyişikliklər elə də ciddi xarakter daşımasa da, hibrid versiyanın təklif edilməsi amerikaləlar üçün özü bir yenilikdir. Krossoverin zahirində baş vermiş dəyişikliklər eni boyu uzanan xrom zolağa malik olan yeni bamperlər, içərisi tündləşdirilmiş arxa fənərlər, yeni təkər diskləri yumru formalı çıxış borularını əvəz etmiş trapesiyaşəkilli borulardan ibarətdir.
Salonda olan dəyiikliklər budan da azdır – mərkəzi tonneldə smartfonların naqilsiz doldurulması üçün meydança və bir cüt USB girişi peyda olub.
Mühərrik çeşidinə gəldikdə isə, bizim alıcıların sevdiyi 187 at qüvvəli 2,4-litrlik atmosfer mühərriki istefaya göndərilib. Onu variatorla çalışan 193 at qüvvəli 1,5-litrlik turbomühərrik əvəzləyib. Ötürmə - öndən və ta tam çəkişdir. Bundan başqa, krossoverin standart təchizatına Honda Sensing elektron kompleksi daxil edilib. Bu kompleksin tərkibinə adaptiv-kruiz-kontrol, avtomatik əyləcləmə sistemi və zolaqda saxlama funksiyası daxildir.
Hibrid Honda CR-V modelini isə, duman əleyhinə fənərlərin LED zolaqları, bamperin altında gizlənmiş çıxış boruları, transmissiyanın dəstəyini selektorunu əvəz etmiş düyməli pult və cihazlar panelinin xüsusi qrafikası sayəsində ayırd etmək olar.
Hibrid krossover 145 at qüvvəli Atkinson dövrü ilə işləyən 2,0-litrlik benzin mühərrik ilə təchiz edilir. Aşağı sürətlərdə hərəkət zamanı mühərrikin təkərlərlə əlaqəsi olmur. Mühərrik batareyanı dolduran generatoru hərəkətə gətirir. CR-V hibridini 184 at qüvvəli elektrik mühərriki hərəkətə gətirir. Hibrid sistemin maksimal hasilatı 215 at qüvvəsi və 315 Nm-dir.
Yüksək sürətlərdə elektrik mühərrikinin faydalı iş əmsalı aşağı düşərsə, o zaman DYM mufta vasitəsi ilə birbaşa təkərlərə qoşularaq elektromotora yardım edir. Məlum məsələdir ki, bu sxemdə ötürmələr qutusuna ehtiyac yoxdur. ABŞ-da hibrid Honda CR-V yalnız tam ötürmə ilə təklif edilir. Buradakı transmissiya benzin versiyalardakı kimidir: paylayıcı qutu, kardan ötürməsi, çoxdiskli mufta və arxa differensial ilə.
Amerika bazarı üçün nəzərdə tutulmuş hibrid krossoverlər Ginsburqdakı (İndiana ştatı) zavoda istehsal ediləcəkdirlər. Onların satışlarına 2020-ci ilin əvvəlində start veriləcəkdir. Benzin modifikasiyaların satışına isə yaxın günlərdə başlanmalıdır.