Honda artıq 25 ildən çoxdur ki, hidrogen avtomobilləri üzərində işləyir, lakin indiyədək bu sahədə ciddi uğur əldə etməyib. Yaponların əvvəllər Honda Clarity Fuel Cell sedanını təklif etsələr də, bu modelin kiçik miqyaslı istehsalı 2021-ci ildə dayandırılıb. İndi isə, hidrogenlə çalışan dördüncü nəsil Honda modelini nümayiş etdiriblər. Üstəlik, bu artıq orijinal kuzovlu müstəqil model deyil, son illərin ən populyar Honda avtomobilləri ilə maksimal şəkildə unifikasiya edilmiş Honda CR-V e:FCEV krossoveridir.

Altıncı nəsil Honda CR-V krossoverinin şassisi, kuzovu və salonu minimal dəyişikliklərə məruz qalıb. Hətta güc aqreqatının standart dayaqları olan ön alt çərçivə də qorunub saxlanılıb. Bununla belə, yaponlar hidrogen versiyası üçün avtomobilin ümumi uzunluğunu 110 millimetr (4805 millimetr) artıran ön hissənin yeni tərtibatını hazırlayıblar.

Digər xüsusiyyətlərə aralarında qara rəngli bənd olan arxa işıqların şəffaf linzaları və 18-düymlük 10 milli təkər diskləri daxildir.

Kapotun altında GM ilə birgə hazırlanmış yeni nəsil elektrokimyəvi hidrogen generatoru var: tərəfdaşların Miçiqanda Fuel Cell System Manufacturing fabriki var. Yanacaq elementləri daha səmərəli olublar, onlar aşağı temperaturda daha yaxşı işləyirlər və ən əsası isə, onların maya dəyəri əvvəlki nəsillə müqayisədə üçdə iki dəfə azalıb.

Bu əsasən bahalı platinin istifadəsinin azalması ilə əlaqədardır. Generatorun gücü - 92,2 kilovatdır (125 at qüvvəsi). Krossover ön oxda quraşdırılmış 176 at qüvvəsi və 311 Nm hasil edən dartma elektrik mühərriki ilə hərəkətə gəlir.

Honda CR-V e:FCEV-də iki hidrogen çəninə malikdir: çənlərdən biri arxa oturacağın altında yerləşir (və onu avtomobilin altında görümək olar), ikincisi isə, baqajda (iri qutu ilə örtülüb) yerləşir. Onlar birlikdə 4,3 kiloqram qaz tutur, çənlərin doldurulması isə, üç dəqiqə çəkir.

Yeni Honda hidrogen avtomobilinin əsas xüsusiyyəti isə budur: 17,7 kilovat/saatlıq dartma batareyası (seriya hibrid kimi salonun döşəməsinin altında yerləşir) təkcə elektrokimyəvi generatordan deyil, həm də rozetkadan doldurmaq mümkündür. Ən qəribəsi odur ki, istehsalçılar əvvəllər hidrogen avtomobillərində belə bir həll yolundan istifadə etməyiblər.

Yeni krossoverin maksimal yürüş məsafəsi amerikan EPA dövrünə əsasən 435 kilometr və ya yapon JC08 standartına görə 600 kilometr təşkil edir. Yalnız dartma batareyasından istifadə zamanı isə, Honda CR-V e:FCEV EPA dövrünə əsasən cəmi 47 kilometr qət edə biləcək.

Belə “əmək bölgüsünün” real gündəlik istifadə üçün ideal olduğu bildirilir: şəhərdə yalnız batareya ilə hərəkət etmək, gecələr isə onu doldurmaq olar. Uzun məsafəli səfərlər üçün isə hidrogen generatorundan istifadə etmək olar. Bundan başqa, 1,5 kilovata qədər gücə malik olan xarici enerji istehlakçılarını krossoverə qoşmaq mümkündür.

Baza CR-V modeli ilə e:FCEV versiyası arasındakı fərqlərdən biri də dəyişən çəkiyə uyğunlaşmaq üçün yenidən sazlanmış asqıdır. Ön tərəfdə köndələn sərtlik 10%, arxada isə 9% artırılıb. Yeni stabilizatorlar, yaylar və amortizatorlar da tətbiq edilib. Hidrogen krossoverinin təchizatı Touring top versiyasındakı ilə eynidir.

Honda CR-V e:FCEV krossoverləri Amerikanın Ohayo ştatındakı Performance Manufacturing Center (PMC) zavodunda istehsal olunacaqlar: əvvəllər bu meydançada Acura NSX superkarlarını yığılırdılar, indi isə, burada Acura avtomobillərinin xüsusi versiyalarını təkmilləşdirilməsi üzərində işləyirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Honda CR-V e:FCEV modelinin qiyməti hələlik açıqlanmayıb. Hidrogen hibridlərinin ilk tədarükləri cari ilin yay aylarına planlaşdırılıb və onlar Yaponiyaya buradan göndəriləcəklər. Bu, CR-V modelinin yerli bazarda satılan yeganə versiyası olacaq, çünki altıncı nəslin buraxılması ilə bu model Yaponiyadakı çeşiddən çıxarılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.