Honda şirkətinin Avropa ofisi Honda e elektrokarının ənənəvi güzgülər əvəzinə yan müşahidə kameraları ilə standart olaraq təchiz ediləcəyini bildirib. Belə həll yolu yığcam avtomobillərdə ilk dəfədir ki istifadə edilir.
Honda tərəfindən hazırlanmış sistem Side Camera Mirror System adlanır. Bu sistem kameralardan və ön panelin kənarlarında yerləşdirilən iki altıdüymlük displeylərdən ibarətdir. Honda modulların yığcam olduğunu, təkər tağlarının səthindən kənara çıxmadığını, hava axınına müqaviməti 90% azaltdığını və avtomobilin ümumi aerodinamikasını 3,8% yaxşılaşdırdığını iddia edir. Əlavə olaraq, kameralar hərəkət zamanı küləyin səsini azaldır.
Kameraların çirklənməsini qarşısını almaq üçün onların linzaları hidrofob tərkibi ilə örtülür. Kameraların gövdəsi suyun yığılmasının və damcıların peyda olmasının qarşısını alır. Kamerlar iki rejimdə - adi və geniş formatlı, - çalışırlar. Birinci rejimdə görüntü adi güzgülərə nisbətən 10%, ikincidə isə 50% daha yaxşı olur. Arxaya hərəkət zamanı Side Camera Mirror System displeylərində dinamik xəttlər də əks olunur. Ekranların parlaqlığı işıqlandırmadan asılı olaraq avtomatik şəkildə tənzimlənir.