Honda şirkəti Şanxay avtosalonunda yeni elektrik krossoverinin seriyaöncəsi versiyasını təqdim edib. Zahiri cəhətdən, Honda SUV e: prototipi 2021-ci ilin fevralında təqdim edilmiş üçüncü nəsil HR-V krossoverini xatırladır. Bununla birlikdə, benzin həmkarından fərqli olaraq, elektromobil çoxsaylı LED işıq mənbəyinə malikdir. Ön və arxa fənərlər ilə yanaşı, krossover kapotun kənarında, ön bamperdə və kandarlarda yerləşdirilmiş LED zolaqlar və işıqlanan loqotip ilə bəzədilib.

Yapon mütəxəssislər yeni krossoverin interyerini və texniki xüsusiyyətlərini açıqlamayıblar. Elektrik krossoverinin üçüncü nəsil Honda Connect qabaqcıl proqram təminatını alacağı məlumdur. Bu, elektromobilə əməliyyat sistemini məsafədən yeniləməyə imkan verəcəkdir. Bundan əlavə, “ağıllı” texnologiya səsli komandaları tanımaq və hərəkət zamanı İnternetdə alış-veriş etmək qabiliyyətinə malikdir.

Honda SUV e: prototipinin seriya versiyası 2022-ci ilin yazında debüt edəcəkdir. Yalnız Çin bazarında satılacaq krossover, şirkətin karbon dioksidinin azaldılması strategiyasına uyğun olaraq bu ölkədə satmağı planlaşdırdığı 10 elektrokardan biri olacaqdır.