Honda şirkəti Pekin avtosalonunda yerli bazar üçün nəzərdə tutulmuş yeni seriya krossoverinin carçısı olan elektrik konseptini təqdim edib. Prototip cəsarətli eksteryer dizaynı, kiçik kuzov çıxışları və sanballı klirensi ilə təəccübləndirib. İnteryer və texniki hissə barədə məlumat verilməyib.
Honda SUV e concept kross-kupesinin fərqli xüsusiyyətləri idman silueti, kiçik şüşələnmə sahəsi, çərçivəsiz qapılar, “off-roud” form-faktoru və kuzovun perimetri boyu quraşdırılmış plastikdən müdafiə dəstidir. Kuzov xüsusi olaraq hamar şəkildə səthə malikdir: güzgülər, kameralar, qapı tutacaqları və şüşəsilənlərdən imtina edilib.
Konsept avtomobilinin işıq texnikası indiki Honda modelini xatırladır və prototipin sadəcə markanın çinli dizaynerlərinin fantaziyası deyil, metalda təcəssümünü tapacaq gələcək seriya modelinin ilk eskizidir. Honda SUV e konseptinin təqdimatı zamanı, diqqəti yapon istehsalçısı seriya elektrik krossoverinin təchiz ediləcəyi elektron köməkçilərinə yönəldib. Bunlar arasında avtomobil ətrafındakı vəziyyəti təhlil edə bilən ADAS yarımavtonom idarəetmə sistemi, Honda Sensing aktiv təhlükəsizlik kompleksi və yeni Honda Connect əyləncə sistemi vardır.
Çin bazarı üçün nəzərdə tutulmuş Honda seriya elektromobilinin sınaqları 2021-ci ildə başlayacaq və “batareyalı” kross-kupenin konveyer versiyası iki il ərzində təqdim ediləcəkdir. Elektrik krossoverinin GAC-Honda birgə müəssisəsinin zavodunda istehsal ediləcəyi və zamanla onun “qlobal” modelə çevriləcəyi məlumdur.