Honda qlobal elektrikləşdirmədən kənarda qalmayıb və elektromobillərin inkişaf planını təqdim edib. Bu plan, onun bir çox mərhələlərinin əvvəlcədən elan edilməsinə baxmayaraq, mürəkkəb və çoxmərhələlidir. Növbəti on il ərzində Honda elektrikləşdirməyə 5 trilyon yen (39,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir ki, bunun da 3,5 trilyonu aparat təminatının yaradılmasına, 1,5 trilyonu isə, proqram təminatına yönəldiləcəkdir. Eyni zamanda, bu dövr ərzində yeni məhsulların hazırlanmasına yönəldiləcək investisiyaların ümumi həcmi 8 trilyon yen (63,7 milyard dollar) təşkil edəcəkdir.

İlk mərhələdə Honda elektromobil proqramının inkişafını üç əsas satış bazarına görə böldü - bunlar Şimali Amerika, Çin və Yaponiyadır. Artıq iki ildir ki, ABŞ-da General Motors konserni ilə yaradılmış alyans fəaliyyətdədir: amerikan tərəfi Honda üçün Ultium batareyaları ilə təchiz ediləcək iki elektromobili hazırlayır. Honda Prologue krossoveri və onun Acura brendi altında buraxılacaq analoqu 2024-cü ildə peyda olacaq və yalnız Amerikada satılacaqdır. Çin bazarı üçün isə, Honda yerli tərəfdaşları (Dongfeng və GAC) ilə birlikdə ayrıca elektrik avtomobilləri çeşidini hazırlayır: Uhan və Quançjouda yeni zavodlar tikiləcək, 2027-ci ilə qədər isə, on elektrik modeli buraxılacaqdır. Batareyalar CATL tərəfindən təmin ediləcəkdir.

Paralel olaraq, Honda müstəqil şəkildə, ilk növbədə Yaponiya bazarı üçün nəzərdə tutulmuş elektromobilləri hazırlayır. Artıq 2024-cü ilin birinci yarısında kommersiya məqsədləri üçün (taksilər, avtomobil mübadiləsi və çatdırılma xidmətləri) istifadə ediləcək və qiyməti təxminən 1 milyon yen (8 min dollar) olan elektrik mikrokarı peyda olacaqdır. Daha sonra oxşar avtomobil özəl şəxslərə təklif olunacaqdır. Bu elektromobillər üçün batareyaları Envision AESC (Nissan, NEC və Tokin tərəfindən yaradılmış birgə müəssisə) tərəfindən təmin ediləcəkdir.

2026-cı ilə qədər Honda şirkətinin geniş çeşiddə elektromobillərin inşa edəcəyi e:Architecture modul platforması geniş hazır olacaqdır, bu çeşidin ilk nümayəndəsi orta ölçülü krossover olacaqdır. Bu elektromobillərin yaradılmasını, hidrogen layihələri, yeyin dəyişdirilən dartma batareyası sisteminı və sərtgövdəli batareyaların yaradılmasına da nəzarət edən yeni Business Development Operations bölməsinə həvalə edəcəklər.2024-cü ilin yazına qədər Honda şirkəti belə batareyaların sınaq istehsalına başlamağı vəd edir. Bu məqsədə 43 milyard yenə (342 milyon dollar) xərclənəcəkdir. Nəhayət, 2027-ci ildən başlayaraq, Honda və GM konserni Şimali Amerika, Cənubi Amerika və Çində ucuz elektrik avtomobillərinin birgə istehsalına başlamağı planlaşdırırlar.

2030-cu ilə qədər Honda özünün qlobal model çeşidində 30 elektrik modeli mövcud olmalı və onların istehsal həcmi ildə iki milyon ədədə çatmalıdır. Üstəlik, bu geniş ailədə eyni zamanda iki idman avtomobilinə yer tapılacaqdır. Bu avtomobillərdən birinin model xəttinin flaqmanına çevriləcəyi, yəni hazırkı Honda/Acura NSX hibridinin yerini tutacağı məlumdur. İdman avtomobillərinin konstruksiyası və buraxılış vaxtı haqqında heç bir məlumat verilməyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.