İlkin olaraq, Honda Elysion miniveni Yaponiya bazarında satılan müstəqil model idi, lakin sonradan model Çinə köçdü və 2015-ci ildə onun ikinci nəsli Səma İmperatorluğunda debüt etdi. Əslində, yeni miniveni Honda Odyssey modelinin dəbdəbəli versiyası saymaq olardı.

İş orasındadır ki, hər iki model Çində müxtəlif zavodlar tərəfindən istehsal olunurlar: Odyssey GAC Honda birgə müəssisəsi, Elysion isə DongFeng-Honda müştərək müəssisəsi tərəfindən buraxılır. Bu cütlüyün təkmilləşdirilməsi yapon bazarında satılan Honda Odyssey miniveni ilə eyni üslubda aparılıb. Xatırladaq ki, yapon miniveni keçən il yenilənib.

Əvvəl olduğu kimi, 4951 millimetrlik uzunluğu olan Honda Elysion modeli Odyssey minivenindən başqa bamperləri və daha iri radiator barmaqlığı ilə seçirlir. Yenilənmə bu elementlər də siraət edib. Lakin əsas zahiri fərq əvvəlki kimi qalıb: Elysion qapı tutacaqlarının qara plastikdən haşiyəsinə malikdir ki, belə elementlər Odyssey modelində quraşdırılmır.

Əkiz minivenlərin yenilənmiş interyeri demək olar ki, eynidir. Burada başpa ön panel, mediasistemin dik duran ekranı (əvvələr displey konsola daxil edilmişdi), analoq spidometri və böyük rəngli ekranı olan yeni cihazlar paneli var. Maraqlıdır ki, hər iki çin modeli transmissiyanın düyməli selektoruna malikdirlər, bununla belə, Yaponiyada ənənəvi dəstək yerini qoruyub.

Çin minivenlərinin salonunun arxa hissəsi daha zəngindir. İkinci cərgənin fərdi kresloları açılan ayaq dayaqlarına, qızdırılma funksiyasına, kürək hissəsinin elektrik ötürməsi ilə tənizmlənməsinə və masalar quraşdırılmış iri dirsəkaltına malikdirlər. Yapon Odyssey miniveni belə opsiyalardan məhrumdur. Üçüncü cərgədə sadə divan yerləşir ki, onu da “aşıraraq” pikpik oturacağına çevirmək olar: bu zaman kürək və oturacaq hissələri yerlərini dəyişirlər.

Çin minivenləri özünəməxsus mühərrik çeşidi ilə də seçilirlər: həm Odyssey, həm də Elysion burada yalnız hibrid güc qurğusu ilə təklif edilirlər. Belə güc qurğusu mühərrik çeşidində beş il əvvəl peyda olub, lakin Yaponiyada belə Honda bu günə qədər 175 at qüvvəli 2,4-litrlik atmosfer mühərriki və variatorlıa təchiz edilmiş versiyanı təklif edir.

Hibrid güc qurğusu 13:1 sıxılma dərəcəsinə malik olan və Atkinson qənaət dövrü ilə çalışan 2,0-litrlik (145 at qüvvəsi, 175 Nm) benzin mühərrikinə əsaslanır. Bu mühərriklə birlikdə iki elektromotor çalışır. Onlardan biri mühərrikə qoşulub və generator rejimində çalışır, digəri isə ön təkərləri hərəkətə gətirir. Sonuncunun hasilatı 184 at qüvvəsi və 315 Nm təşkil edir.  

Belə hibrid əksər hallarda məhz elektrik ötürməsi ilə (DYM yalnız generatoru işlədir) hərəkət edir, elektrik mühərrikinin səmərəliliyinin azaldığı yüksək sürətlərdə isə, mufta benzin mühərrikini birbaşa ön oxa birləşdirir. Burada ötürmələr qutusu yoxdur, hibrid sistemin pik gücü isə 215 at qüvvəsidir. Hibrid minivenlər 100 km/saat həddini 10,2 saniyəyə toplayırlar və 100 kilometrə 5,9-litrlik sərfiyyat göstəricisinə malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Honda Odyssey və Honda Elysion minivenləri Çin bazarında bu ayın sonunda satışa çıxmalıdırlar. Odyssey modeli 36 min dollardan başlayan qiymətə malikdirsə, daha zəngin standart təchizata sahib olan Elysion üçün isə, ən azı 46 min dollar istənilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.