Honda şirkəti öz modellərinin interyer dizaynını dəyişdirməyə qərar verib və onun yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini göstərib. Yeni konsepsiyaya simplicity and something adlanır ki,bu da "sadəlik və başqa bir şey" mənasına gəlir.

Yeni interyer konsepsiyası

Əslində, Honda inqilabi yenilik təklif etmək fikrində deyil. American Honda Motor Co bölməsinin interyer dizaynı şöbəsinin yaradıcı direktoru Conatan Normanın dediyinə görə, o və komandası, klassik "maksimum insan – minimum maşın" yanaşmasını yenidən nəzərdəm keçiriblər və belə desək, visual qarışıqlığı ortadan qaldırıblar.

Gələcək Honda modellərində diqqət faydalı məkanın maksimum dərəcədə artırılmasına yönələcəkdir. Avtomobilin funksionallığına aid olan"mexaniki komponentlərin" sayı isə, əksinə, minimuma endiriləcəkdir.

Müasir Honda Civic modelinin interyeri

Dizayn konsepsiyasının əsas sütunları fərdilik, habelə sürücü və sərnişinlərin emosional reaksiyası olacaqdır - bu isə həmin something’dir. Bundan ən xırda tərtibat detalları (məsələn,transmissiyanın selektorundakı fakturalı naxış və ya diqqətlə seçilmiş tərtibat materialları) məsul olacaqdır.

Dərc olunmuş eskiz Honda şirkətinin, digər istehsalçılardan fərqli olaraq, ənənəvi idarəetmə orqanlarından tamamilə imtina etməyəcəyini göstərir. Ən azından iqlimə nəzarət blokunda və multimedia sisteminin ekranının altında tanış düymələr hələ də mövcuddur. Havalandırma deflektorları Tesla modelində olduğu kimi  gizlidir.

Bütün bunlar, çox güman ki, ilk növbədə alternativ güc qurğuları ilə təchiz edilən avtomobillərdə tətbiq olunacaqdırlar. Şirkətin proqnozlarına görə, növbəti onilliyin əvvəlinə qədər batareyalı və hidrogen modelləri əsas bazarlardakı satışların 40 faizə qədərini (böyük ehtimalla ABŞ, Avropa, Çin və Yaponiya) təşkil edəcəkdir. 2035-ci ildə onların payı 80 faizə çatacaq, 2040-cı ildə isə Honda yalnız "yaşıl" avtomobilləri satacaqdır.