Honda Integra yeni oxunuşda müstəqil avtomobil deyil, Honda Civic modelinin Çin üçün xüsusi olaraq yaradılmış bir variasiyasıdır. Integra donorundan yalnız daha aqressiv dizaynı, baza mühərrikinin olmaması və mexaniki transmissiyanın (həvəskarlar üçün) mövcudluğu ilə fərqlənir. Ancaq belə sadə resept yaxşı işləyir! Keçən il Çin bazarında 80 minə yaxın Honda Integra sedanı satılıb. Civic isə iki dəfə (təxminən 155.000 avtomobil) daha çox populyardır – o, iki kuzov növü və üç güc aqreqatı ilə təklif olunur. İndi Honda Integra modelinin çeşidi də genişləndirilib.

Çeşidə uzunluğu 4563 millimetr olan beşqapılı hetçbek əlavə edilib. O da bənzər Civic modelindən yaradılıb - bu dəfə dizaynerlər arxa işıqları belə dəyişməyə (onlar iki modelin sedanları üçün fərqlidir) ehtiyac duymayıblar.

Nəticədə, beşqapılı Honda Integra hetçbeki bənzər Civic modelindən yalnız bamperləri, ön fənərləri, radiator barmaqlığı və təkər disklərinin dizaynı ilə fərqlənir. Qara damı yalnız hetçbeklər üçün sifariş etmək olar. İnteryerdəki fərqlər isə dekor səviyyəsindədir.

Baza mühərriki sedanda olduğu kimi 1,5-litrlik (182 at qüvvəsi, 240 Nm) dördsilindrli turbomühərrikdir. Transmissiya - altı pilləli mexaniki ötürmələr qutusu və ya variator ola bilər. Bundan əlavə, hələ keçən ilin  dekabr ayında Çin bazarında  Honda Integra e: HEV hibridi debüt edib - hibrid sedanlar artıq satışdadır, indi isə eyni güc qurğusuna hetçbek də sahib olub.

Adi halda hibrid elektrik dartması ilə hərəkətə gəlir: daxili yanma mühərriki litium-ion dartma batareyasını doldurmaq üçün generator rejimində çalışır, amma yüksək sürətlə hərəkət zamanı mufta benzin mühərrikini birbaşa təkərlərə bağlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hetçbeklərin Çindəki satışlarına bu ay start veriləcəkdir. Hetçbek ilə sedan arasındakı qiymət fərqi elə də ciddi olmamalıdır: hazırda burada benzin mühərrikli sedan 19300 dollardan, hibridlər isə 24300 dollardan başlayan qiymətlərlə satılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.