Honda NSX hibrid superkarını düzlükdə Honda CBR1000RR Fireblade sportbaykı ilə yarışıdırıblar. CarWow istifadəçisi tərəfindən YouTube kanalında yerləşdirilən videoçarxda iki yürüş göstərilib. Birinci yürüş yerindən sürətlənməklə, ikinci isə hərəkətdə sürətlənməklə keçirilbdir.
Honda NSX modelinin seriya variantı 2015-ci ilin yanvarında Detroyt avtosalonunda debüt etmişdir. Superkar tərkibinə 3,5-litrlik iki tubokompressorlu V6 mühərriki və üç elektromotor daxil olan hibrid güc aqreqatı və doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Hibrid aqreqatın ümumi gücü 573 at qüvvəsi, fırlanma anı isə 644 Nm təşkil edir.
Honda NSX 100 km/saat sürətini üç saniyəyə toplayır və 307 km/saat maksimal sürət həddinə malikdir.
Honda CBR1000RR Fireblade sportbaykı 1,0-litrlik dörd silindrli benzin mühərriki ilə təchiz edilir. Güc aqreqatı 190 at qüvvəsi və 116 Nm fırlanma anı hasil edir.