Model yeni görünüşə, daha sərt şassiyə və yeni mühərrikə sahib olub. Eyni zamanda, yeni krossover TrailWatch kameraları dəsti ilə təchiz edilmiş TrailSport ofroud versiyasını alıb. Yeni Passport tam ötürməlidir. Bu, yeni Honda Pilot modelində olduğu kimi, dartma vektorunun aktiv idarənməsinə, habelə qar, qum və torpaq üçün ayrıca profillərə malik olan ikinci nəsil i-VTM4 sistemidir.

Yeni Honda Passport krossoverini əvvəlki modellə qarışdımaq mümkün deyil, çünki yaponlar bir neçə il əvvəl üzərində təcrübə aparmağa başladıqları ofroud üslubunu yeni səviyyəyə çatdırıblar. Krossoverin dizayn konsepsiyası səyahətlərin ayrılmaz yoldaşı olan bel çantasının ətrafında dövr edir.

Buna görə də, damın arxa hissəsi tutqun qara rəngdədir – bu, heç nəyi cızmaqdan qorxmadan xizəkləri və çubuqları ona dayamağa imkan verir. Eyni səbəbdən də, antenna arxa yan pəncərəyə inteqrasiya olunub. Nəhayət, Passport öndən zərbə zamanı sadəcə qırılan patentləşdirilmiş ön yedəkləmə qarmağı konstruksiyasından istifadə edən ilk Honda avtomobildir.

Yenilik artan burulma sərtliyi, genişləndirilmiş təkər bazası və təkər izi olan təkmilləşdirilmiş Global Light Truck platformasına əsaslanır. Asqılar çuqundan dönmə düyünləri olan döymə polad qollara malikdir. Dəyişən nisbətli sükan mexanizmi yenidən tənzimlənmiş, daha böyük diskləri və supportları olan yeni əyləclər quraşdırılmışdır.

Kapotun altında 289 at qüvvəsi və 355 Nm fırlanma anı hasil edən “yeni” 3,5-litrlik V6 mühərriki var. Güc aqreqatı 10-pilləli avtomatik transmissiya və ikinci nəsil i-VTM4 tam ötürmə sistemi ilə birlikdə çalışır.

“Dördüncü” Pasport üç versiyada bazara çıxacaq, bunlardan TrailSport və TrailSport Elite ofroud versiyaları ən böyük maraq doğurur. Onlar ilkin RTL versiyasından parlaq qara eksteryer dekoru, gündüz hərəkət işıqlarının kəhrəba çaları, standart duman işıqları və altlığın avtomobilin ağırlığına tab gətirə bilən polad müdafiəsi lövhəsi ilə fərqlənirlər.

Bundan əlavə, TrailSport yol kənarı, yamac və ya təkər izinin hüdudu kimi “kor nöqtələrə” baxmağa imkanı verən TrailWatch kamera sistemi ilə təchiz edilir.

Video mərkəzi ekranda yayımlanır və Passport modelində təkərlərin hərəkət trayektoriyasını və ölçüləri göstərən dinamik istiqamətləndiricilər ilə tamamlanır. 

Bu sistem Trail rejimində, sürət 24 km/saatdan aşağı düşdükdə, avtomatik olaraq işə salınır.

Honda Passport modelinin klirensi 211 millimetrdir. Giriş bucağı 23 dərəcədir. Krossoverin standart təchizatına səkkiz təhlükəsizlik yastığı, 12,3-düymlük  paneli, 10,2 düymlük mərkəzi displey və Honda Sensing köməkçi elektronika kompleksi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni kamera və geniş bucaqlı radar sayəsində avtomobil piyadaları və velosipedçiləri, həmçinin nişanları, yol kənarlarını və nişanları daha yaxşı tanıyır. Kor nöqtələrin monitorinqi, tıxac avtopilotu və öndə gedən avtomobili yavaş izləmək funksiyasına malik olan adaptiv kruiz-kontrol bu sensorlar əsasında işləyirlər.

Yeni Honda Passport gələn ilin əvvəlində Amerikadakı diler salonlarında peyda olacaq. İlkin məlumatlara görə, krossoverin qiyməti 45 min dollardan başlayacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.