Honda şirkəti Odyssey miniveninin beşinci nəslini Detroyt avtomobil salonunda nümayiş etdirəcəkdir. Bu gün yapon istehsalçısı yeni miniven haqqında müəyyən təsəvvür yaradan ilk tizeri dərc etmişdir.
Honda şirkətinin nümyaəndələri minivenin tamamilə yeni olacağını bildirmişdirlər. Onların sözlərinə görə, Odyssey yeni mühərrikləri, mürəkkəb üslub həllərini və innovasion funksiyaların geniş çeşidini əldə edəcəkdir. Bununla belə, yaponlar beşinci nəsil Honda Odyssey barədə heç bir texniki məlumat dərc etməmişdirlər. Minivenin cari nəsli amerikan bazarında yeganə benzin mühərriki ilə təklif edir. Bu 251 at qüvvəsinə və 340 Nm fırlanma anına malik olan 3,5-litrlik V6 mühərrikidir. Güc aqreqatı altı diapazonlu avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır.
Honda Odyssey modeli altı təchizat səviyyəsində təklif edilir ki, ən ucuz variantı əldə etmək üçün 29850 ABŞ dolları tələb olunur.