Honda şirkəti Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş CR-V krossoverinin beşinci nəslini təqdim etmişdir. Tarixində ilk dəfə olaraq Honda CR-V modeli turbomühərriklə təchiz ediləcəkdir.

Bu mühərrik Honda Civic modelindən onuncu nəslində debüt etmiş 1,5-litrlik dörd silindirli benzin mühərrikidir. Lakin, krossoverdə quraşdırlacaq mühərrik Civic modelində olduğundan 15 at qüvvəsi daha güclüdür. Beləliklə, turbomühərrik 190 at qüvvəsinə və 243 Nm fırlanma anına malikdir. Bundan başqa, Honda CR-V 184 at qüvvəsi və 244 Nm fırlanma anı olan 2,4-litrlik atmosfer mühərriki ilə də təklif ediləcəkdir. Hər iki güc aqreqatı variatorla birgə çalışır. Krossover həm öndən çəkişli, həm də tam çəkişli ötürmə ilə təchiz edilir.

Yeni krossoverin təkər bazası sələfinə nisbətən 41 millimetr daha genişdir ki, bu da 2261 millimetr edir. Uzanmış təkər bazasının sayəsində arxa sərnişinlərin ayaqları zonasındakı məkan 53 millimetr artmışdır. Honda CR-V modelinin beşinci nəslinin eksteryer və interyerinin dizaynı Civic modelinin üslubunda hazırlanmışdır. Krossoverin təchizatına işıqdiodlarından hazırlanmış ön fənərlər və radiator barmaqlıqlarının aktiv çəpərləri daxildir. Bundan başqa, CR-V modeli yeni nəsli yeddi düymlük sensorlu ekranı olan, həmçinin Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi ilə də təchiz edilir.

Avtomobilin yardımçı sistemlər siyahısına piyadanı aşkarlayaraq öndən toqquşmaların qarşısını alan sistem daxildir. Avtomobilin kütləvi nümayişi gələn ay Los-Anjeles şəhərində keçiriləcək avtosalonda baş tutacaqdır. Krossoverin Şimali Amerikadakı satışlarına 2017-ci ilin birinci rübündə başlanmalıdır. Honda CR-V modelinin Avropa bazarı üçün olan variantının Cenevrə avtosalonunda nümayiş etdiriləcəyi ehtimal olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt